İbn Hibban böyük imamdır, “Səhih” adlı kitabın, “əl-Məcruhin” adlı kitabın, “əs-Suqat” kitabının müəllifidir.
İbn Hibban “əs-Suqat” kitabında, 2-ci cilddə, səhifə 313-də deyir:
ثم أركب الأسارى من أهل بيت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ من النساء والصبيان أقتابا يابسة مكشفات الشعور ، وأدخلوا دمشق كذلك ، فلما وضع الرأس بين يدي يزيد بْن معاوية جعل ينقر ثنيته بقضيب كان في يده ويقول : ما أحسن ثناياه!.
Sonra Allah Rəsulunun (sallallahu aleyhi [və alihi] və səlləm) Əhli-Beytindən olan əsir xanımlar və uşaqlar saçları açıq vəziyyətdə yəhərsiz dəvələrə mindirildilər və bu şəkildə Dəməşqə gətirildilər. Elə ki, başı Yəzid ibn Müaviyənin qarşısına qoydular, belə deyə-deyə əlindəki çubuqla (həzrətin) dişini eşməyə başladı: “Nə yaxşı dişləri var!”
313news.net