İmam Hüseynin (ə) mübarək başı Yezidə göndərilib? (İbn İmad əl-Hənbəli)

İstəyirlər ki, həqiqətləri gizlətsinlər. İstəyirlər camaatı azdırsınlar. Qısa şəkildə bax belədir cavab. Şiə və sünnilərin ittifaq etdiyi bir məsələdir bu. Nə üçün inkar edilir? İnkar nəyədir? Görəsən, sadəcə bu böyük sünni imam deyib bu sözü? Və sadəcə o şiə ilə eyni fikir söyləyib? Xeyr. Ondan başqaları da demişlər.

Hafiz, böyük imam İbn İmad əl-Hənbəli “Şəzərat əz-Zəhəb” kitabında, 1-ci cild, səhifə 275-də deyir:

ولما تم قتله حمل رأسه، وحرم بيته، وزين العابدين معهم إلى دمشق كالسبايا، قاتل الله فاعل ذلك وأخزاه، ومن أمر به، أو رضيه.

Elə ki, (Hüseyn) qətlə yetirildi, başı və ailə üzvləri – ki, Zeynəl-Abidin də onlarla idi – əsir kimi Dəməşqə aparıldı. Allah bunu edəni, buna əmr edəni və ya bundan razı olanı öldürsün və rüsvay etsin!

 

 

 

Amin. Diqqət edin onun sözünə: “...əsir kimi Dəməşqə aparıldılar.”

В этом разделе