İmam Hüseynin (ə) mübarək başı Yezidə göndərilib? (İbn Kəsir)

Bu suala cavab verəcək şəxs böyük əllamə və böyük hafiz İbn Kəsirdir. “əl-Bidayə vən-Nihayə” kitabı. 8-ci cild, səhifə 285-də deyir:

وأما رأس الحسين رضي الله عنه. فالمشهور عند أهل التاريخ وأهل السير أنه بعث به ابن زياد إلى يزيد بن معاوية، ومن الناس من أنكر ذلك. وعندي: أن الأول أشهر فالله أعلم.

Hüseynin (radiallahu anh) başına gəlincə, tarixçilər və siyər alimləri yanında məşhur olan budur ki, İbn Ziyad onu Yəzid ibn Müaviyəyə göndərmişdir. Bəziləri bunu inkar etmişlər. Mənim nəzərimcə birinci daha məşhurdur. Allah daha yaxşı bilər.

 

 

 
 
 

Deməli, İbn Kəsir açıqca bildirir ki, tarixçilər və siyər alimləri yanında məşhur rəy budur ki, İbn Ziyad (lənətullahi-əleyh) həzrətin mübarək başını məlun Yəzidə göndərmişdir. Məşhur olan budur. Hər kim bunu inkar etsə, məşhura zidd fikir söyləmişdir. Şazz (məşhurun ziddinə olan nadir) sözün də heç bir mötəbərliyi yoxdur. Daha əvvəllər də dəfələrlə dediyimiz kimi, şiələrin və sünnilərin ittifaqına görə həmd olsun Allaha.

 

313news.net

В этом разделе