Böyük alim və hafiz İbn əl-Əsir “Usd əl-Ğabə” kitabında, 7-ci cilddə, səhifə 134-də, təqvalı və pak xanım Zeynəb bint Əli ibn Əbi Talibin (salamullahi-əleyha) tərcümeyi-halında deyir:
زينب بنت علي بن أبي طالب، واسمه عَبْد مناف بْن عَبْد المطلب بْن هاشم القرشية الهاشمية. وأمها فاطمة بِنْت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وسلم.
Zeynəb bint Əli ibn Əbi Talib; Əbd-Mənaf ibn Əbdül-Müttəlib ibn Haşim, əl-Haşimiyyə, əl-Qurəşiyyə. Anası Allah Rəsulunun (s .ə.a) qızı Fatimədir.
Sonra xanımın tərcümeyi-halının içində deyir:
كانت مع أخيها الحسين رضي الله عنه لما قتل، وحملت إلى دمشق، وحضرت عند يزيد بن معاوية، وكلامها ليزيد حين طلب الشامي أختها فاطمة بنت علي من يزيد، مشهور مذكور في التواريخ، وهو يدل على عقل وقوة جنان.
Qətlə yetirildiyi zaman qardaşı Hüseynin (radiallahu anh) yanında (Kərbəlada) idi. Dəməşqə aparıldı, Yəzid ibn Müaviyənin yanına gətirildi. Şamlı şəxs onun bacısı Fatimə bint Əlini Yəziddən istədiyi zaman onun Yəzidə dediyi söz məşhurdur və tarix kitablarında qeyd olunmuşdur. Bu söz (onun) ağıllı və möhkəm ürəkli olmasına dəlalət edir.
Deməli, məşhur hadisədir bu. Əhli-Beytin əsir olaraq Yəzidin yanına gətirilməsi məşhur və tarixçilərin yanında tanınmış bir hadisədir. Elə isə nə üçün inkar edilir?