Yezidin (lənətullah) çubuqla İmam Hüseynin (ə) dişlərinə vurması (İbn əl-Cəuzi)

imam və böyük əllamə İbn əl-Cəuzi “Ər-radd əla əl-mutaasib əl-anid əl-mani min zəmmi Yəzid” kitabında 63-64-cü səhifələrdə deyir:

 

قلت :ليس العجب من فعل عمر بن سعد وعبيداللّه بن زياد، وانما العجب من خذلان يزيد، وضربه بالقضيب على ثنيه الحسين، واعادته الى المدينه وقد تغيرت ريحه لبلوغ الغرض الفاسد ! افيجوز ان يفعل هذا بالخوارج؟ اوليس فى الشرع انهم يصلى عليهم ويدفنون؟

Deyirəm: Ömər ibn Səd və Ubeydullah ibn Ziyadın əməlləri təəccüblü deyil. Təəccüblü olan Yəzidin (bu qədər) alçalması və çubuqla Hüseynin dişinə vurmasıdır. Öz fasid hədəfinə çatmaqdan ötrü qoxusu dəyişdikdən sonra onu (mübarək başı) Mədinəyə qaytarmasıdır. Məgər “xaricilərlə” (hakimə qarşı qiyam edənlərlə) belə davranmaq olarmı? Məgər şəriətdə yoxdurmu ki, onların ölülərinə də namaz qılınar və dəfn edilərlər?

 

 

 313news.net

В этом разделе