Əhli-Sünnə alimi İbn Əsəm özünün “əl-Futuh” kitabında məlun Yəzidin (l.ə) Mədinə valisi Vəlid ibn Utbəyə yazdığı məktubu qeyd edir.
Məlun Yezid (l.ə) məktubunda yazır:
فإذا ورد عليك كتابي هذا فخذ البيعة ثانيا على أهل المدينة بتوكيد منك عليهم، وذر عبد الله بن الزبير فإنه لن يفوتنا ولن ينجو منا أبدا ما دام حيا، وليكن مع جوابك إليّ رأس الحسين بن علي
“Sənə bu məktubum çatan kimi Mədinə əhlindən təkid edərək ikinci dəfə beyət al (yəni, mənim rəhbərliyimi qəbul etmələrini ikinci dəfə təsdiqləsinlər). Abdullah ibn Zubeyri boşla, həqiqətən də o sağ qaldığı müddətdə heç vaxt bizim əlimizdən çıxa və nicat tapa bilməyəcək. Cavabınla birlikdə Huseyn ibn Əlinin başını mənə yolla!”
Əhli-Sünnə mənbəsi:
İbn Əsəm, “əl-Futuh”, cild 3, səhifə 19.