İbn Hibban “əs-Suqat” kitabında 2-ci cilddə bunu təsdiq etmişdir. Səhifə 312-də bu böyük alim deyir:
ثمَّ أنفذ عبيد اللَّه بْن زِيَاد رَأس الْحُسَيْن بْن عَليّ إِلَى الشَّام مَعَ أُسَارَى النِّسَاء وَالصبيان من أهل بَيت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ على أقتاب مكشفات الْوُجُوه والشعور
Sonra Ubeydullah ibn Ziyad Hüseyn ibn Əlinin başını Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) Əhli-Beytindən olan əsir qadınlar və uşaqlarla birgə Şama göndərdi. O zaman qadınlar və uşaqlar üzləri və saçları açıq vəziyyətdə kəcavəsiz dəvələrə (mindirilmişdilər).
Budur əhli-sünnə qardaşlarımızın alimlərindən olan bu böyük alimin öz kitabında Əhli-Beyt barədə və onların hansı vəziyyətdə Yəzidin (əleyhi əl-lənə) yanına aparıldıqları barədə dediyi söz. Görəsən bundan sonra kimsə bu məsələni inkar edəcəkmi? Müsəlman alimlərinin nəzərində məşhur olan bir işin müqabilində bu hansı inkardır? Nə üçün inkar edən bu açıq-aşkar və səhih sözləri nəzərə almır?