İbn Xallikan “Vafayatul-əyan” əsərində demişdir:
أبو القاسم المنتظر
أبو القاسم محمد بن الحسن العسكري بن علي الهادي بن محمد الجواد المذكور قبله، ثاني عشر الأئمة الاثني عشر على اعتقاد الامامية، المعروف بالحجة، وهو الذي تزعم الشيعة أنه المنتظر والقائم والمهدي، وهو صاحب السرداب عندهم، وأقاويلهم فيه كثيرة، وهم ينتظرون ظهوره في آخر الزمان من السرداب بسر من رأى. كانت ولادته يوم الجمعة منتصف شعبان سنة خمس وخمسين ومائتين، ولما توفي أبوه - وقد سبق ذكره - كان عمره خمس سنين، واسم أمه خمط، وقيل نرجس، والشيعة يقولون: إنه دخل السرداب في دار أبيه وأمه تنظر إليه، فلم يعد يخرج إليها، وذلك في سنة خمس وستين ومائتين، وعمره يومئذ تسع سنين.
وذكر ابن الأزرق في " تاريخ ميافارقين " أن الحجة المذكور ولد تاسع شهر ربيع الأول سنة ثمان وخمسين ومائتين، وقيل في ثامن شعبان سنة ست وخمسين، وهو الأصح، وأنه لما دخل السرداب كان عمره أربع سنين، وقيل خمس سنين، وقيل إنه دخل السرداب سنة خمس وسبعين ومائتين وعمره سبع عشرة سنة، والله أعلم أي ذلك كان، رحمه الله تعالى.
Əbul-Qasim əl-Müntəzər.
Əbul-Qasim Muhəmməd ibn əl-Həsən əl-Əskəri ibn Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad. Az əvvəl qeyd olundu. İmamiyyə məzhəbinin əqidəsinə görə on iki imamın on ikincisidir. “Höccət” olaraq tanınır. O həmin şəxsdir ki, şiələr onun “müntəzər” (gözlənilən), “qaim” (qiyam edən) və “məhdi” olduğunu iddia edirlər. O, şiələrin nəzərində sərdabın sahibidir. Şiələr onun barəsində çox sözlər demişlər. Onlar axirəz-zəmanda onun Samirradakı sərdabdan zühur edəcəyini gözləyirlər. O, 255-ci ilin şəban ayının 15-də cümə günündə dünyaya gəlmişdir. Atası vəfat edən zaman – onun barəsində danışıldı – onun beş yaşı olmuşdur. Anasının adı Xəmətdir. Həmçinin demişlər ki, Nərcisdir. Şiələr deyirlər ki, anasının gözünün qabağında o, atasının evindəki sərdaba daxil olmuş və bir daha anasının yanına qayıtmamışdır. Bu hadisə 265-ci ildə baş vermişdir. Həmin vaxt onun 9 yaşı olmuşdur.
İbn əl-Əzrəq “Tarixul-məyyafariqin” kitabında qeyd etmişdir ki, adı çəkilən bu Höccət 258-ci ilin rəbiul-əvvəl ayının 9-da dünyaya gəlmişdir. Həmçinin demişlər ki, 256-cı ilin şəban ayının 8-də dünyaya gəlmişdir. Bu daha doğrudur. O, sərdaba daxil olarkən dörd yaşı olmuşdur. Həmçinin demişlər ki, beş yaşı olmuşdur. Həmçinin də demişlər ki, o, sərdaba 275-ci ildə 17 yaşı olarkən daxil olmuşdur. Bunlardan hansı birinin həqiqət olduğunu Allah daha yaxşı bilər. Allah ona rəhmət etsin.
1 Sərdabda gizlənmişdir. (Red.).
Fotoşəkil: İbn Xallikan, Vafayatul-əyan, c.4, səh.176; Dar Sadir, Beyrut, 1972; təhqiq: İhsan Abbas
Qeyd edək ki, İbn Kəsir İbn Xallikanın bu əsəri barədə belə demişdir:
وله التاريخ المفيد الذي رسمه "بوفيات الأعيان" من أبدع المصنفات . والله سبحانه أعلم.
“Onun faydalı tarix əsəri vardır. O, bu əsərin adını “Vafayatul-əyan” qoymuşdur. Bu əsər ən gözəl əsərlərdəndir. Sübhan olan Allah daha yaxşı bilər.”
əl-Bidayə vən-nihayə, c.17, səh.588
Həmçinin, Zəhəbi “Tarixul-islam” kitabında onu uzunca təriflədikdən sonra belə demişdir:
وقد جمع كتاباً نفيساً في "وفيات الأعيان".
“...O “Vafayatul-əyan” adında nəfis bir kitab cəm etmişdir. ”
Tarixul-islam, c.51, səh.67