İmam Mehdinin (ə.f) doğulması barədə Əbdül-Vəhhab əş-Şərani və İbn Ərəbinin sözləri

Əbdül-Vəhhab əş-Şərani böyük əhli-sünnə alimlərindən biridir. Əl-Alusi “Ruhul-məani” kitabından onun barəsində demişdir:

ومن العجيب أن مولانا الشعراني – وهو من أكابر أهل السنة بل من مشايخ أهل الله تعالى – نقل عن شيخه الخواص...

Maraqlıdır ki, mövlamız, əhli-sünnənin böyük şəxsiyyətlərindən olan, hətta Allah əhlinin şeyxlərindən olan Şerani öz şeyxi əl-Xəvassdan nəql etmişdir ki...

Şihabuddin əl-Alusi, Ruhul-məani, c.1, səh.221; Dar ihyait-turasil-ərəbi, Beyrut

Əbdül-Vəhhab əş-Şərani özünün “əl-Yəvaqit vəl-cəvahir” kitabında demişdir (bu kitab barədə deyilən təriflərlə kitabın 5-ci səhifəsində tanış ola bilərsiniz):

وهناك يترقب خروج المهدي عليه السلام وهو من أولاد الإمام حسن العسكري ومولده عليه السلام ليلة النصف من شعبان سنة خمس وخمسين ومائتين وهو باق إلى أن يجتمع بعيسى بن مريم عليه السلام فيكون عمره إلى وقتنا هذا وهو سنة ثمان وخمسين وتسعمائة , سبعمائة سنة وست سنين هكذا أخبرني الشيخ حسن العراقي المدفون قوق كوم المُطِلِّ على برْكة الرطلي بمصر المحروسة، عن الإمام المهدي حين اجتمع به ووافقه على ذلك شيخنا سيّدي علي الخَوّاص رحمهما الله. وعبارة الشيخ محي الدين في الباب السادس والستين وثلاثمائة من الفتوحات هكذا: واعلموا أنّه لابدّ من خروج المهدي رضي الله عنه، لكن لا يخرج حتّى تمتلىء الأرض جوراً وظلماً فيملؤها قسطاً وعدلاً، ولو لم يبق من الدنيا إلاّ يوم واحد طوّل الله تعالى ذلك اليوم حتّى يلي هذا الخليفة. وهو من عترة رسول الله صلّى الله عليه وسلّم من ولد فاطمة رضي الله عنها، جدّه الحسين بن علي بن أبي طالب، ووالده حسن العسكري ابن الإمام عليّ النقي بالنون ابن محمّد التقي بالتاء ابن الإمام عليّ الرضا ابن الإمام موسى الكاظم ابن الإمام جعفر الصادق ابن الإمام محمّد الباقر ابن الإمام زين العابدين عليّ بن الإمام الحسين ابن الإمام عليّ بن أبي طالب. يواطىء اسمه اسم رسول الله. يبايعه المسلمون مابين الركن والمقام. يشبه رسول الله في الخلق ـ بفتح الخاء ـ . وينزل عنه في الخلق ـ بضمّها ـ إذ لا يكون أحد مثل رسول الله صلّى الله عليه وسلّم في أخلاقه والله تعالى يقول: ( إنّك لعلى خُلُق عظيم ). هو أجلى الجبهة، أقنى الأنف. أسعد الناس به أهل الكوفة. يقسم المال بالسويّة، ويعدل في الرعيّة، يأتيه الرجل فيقول: يا مهدي أعطني، وبين يديه المال، فيحثي له ما استطاع أن يحمله...

...Bu zaman Məhdinin (əleyhis-səlam) xürucu (zühuru) gözləniləcək. Məhdi, İmam Həsən əl-Əsgərinin övladlarındandır. O, hicri 255-ci ilin Şəban ayının yarısının gecəsində (15-ci günün gecəsində) dünyaya gəlmişdir. O, İsa ibn Məryəm ilə görüşənə qədər sağ-salamat qalacaq. Hazırkı dövrdə, yəni, 958-ci ildə onun 706 yaşı vardır. Misirin Kaumər-Riş şəhərində dəfn edilən və İmam Məhdi ilə görüşən Şeyx Həsən əl-İraqi onun barəsində mənə bu şəkildə xəbər vermişdir. Ağam Əli əl-Xəvas da bu mövzuda onunla razılaşmışdır. Allah onlara rəhmət etsin. Şeyx Muhyiddin [İbn Ərəbi] də “əl-Fütuhat” kitabının 366-cı babında belə demişdir: “Bilin! Məhdinin (Allah ondan razı olsun) zühuru mütləq baş verəcək. Lakin yer üzü zülm və haqsızlıqla dolmayınca o zühur etməyəcək. (Zühur etdikdən sonra) yer üzünü düzlük və ədalətlə dolduracaq. Əgər dünyanın sonun bircə gün belə qalmış olsa, bu xəlifənin gəlməsi üçün Allah o günü uzadacaq. O, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) itrətindən, Fatimənin (Allah ondan razı olsun) övladlarındandır. Babası Hüseyn ibn Əli ibn Əbu Talibdir. Atası Həsən əl-Əskəri ibn əl-İmam Əli ən-Nəqi ibn Muhəmməd ət-Təqi ibn əl-İmam Əli ər-Riza ibn əl-İmam Musa əl-Kazim ibn əl-İmam Cəfər əs-Sadiq ibn əl-İmam Muhəmməd əl-Baqir ibn əl-İmam Zeynil-abidin Əli ibn əl-İmam Hüseyn ibn əl-İmam Əli ibn Əbi Talibdir. Adı Allah Rəsulunun adı ilə uyğundur. Müsəlmanlar rükn və məqam arasında ona beyət edəcəklər. Yaradılış baxımından Allah Rəsuluna oxşayacaq. Əxlaqda da isə ondan aşağı olacaq. Çünki heç kəs əxlaqda Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) misli ola bilməz. Allah-təala buyurur: “Həqiqətən də sən böyük bir əxlaq üzərəsən.” (Qələm, 4) Onun alnı açıqdır (genişdir), burnu ensiz və azca çıxıntılıdır. Onun (dövründə) ən xoşbəxt camaat Kufə camaatı olacaq. Malı bərbərcə böləcək. Rəiyyət arasında ədalətlə davranacaq. Bir nəfər onun yanına gəlib “ey Məhdi, ver mənə”, - deyəcək. Bu zaman Məhdinin qabağında mal-dövlət olacaq. Məhdi ona daşıya bildiyi qədər mal verəcək....”

 

Fotoşəkil: Əbdül-Vəhhab əş-Şərani, əl-Yəvaqit vəl-cəvahir, c.2, səh.562.

Qeyd edək ki, Əbdül-Vəhhab əş-Şərani Şeyx Həsən əl-İraqinin hadisəsini özünün “Ləvaqihul-ənvar fi tabaqatil-əxyar” (“ət-Tabaqatul-kubra”) kitabında nəql etmişdir. O bu hadisəni iki dəfə; birini səh.139-da, digərini isə səh.249-da qeyd etmişdir.

Onu da qeyd etməliyik ki, təəssüflər olsun ki, Muhyiddin İbn Ərəbinin “Fütuhati-məkkiyyə” əsəri sonrakı çaplarda təhrif edilmişdir. Bu səbəbdən də Əbdül-Vəhhab əş-Şəraninin qeyd etdiyi baba müraciət etdikdə orada məlumatların fərqli şəkildə olduğunu görürük. Bununla Əhli-Beyt (əleyhimus-səlam) və haqq düşmənləri öz cinayətlərinə növbəti birisini əlavə etmişlər. Onlar bu dünyada rahatca cinayət törətsələr də qiymət günü etdikləri əməllərə görə haqq-hesab verəcəklər. İbn Ərəbinin “Fütühati-məkkiyyə” əsərinin təhrif edilmiş variantında adı çəkilən babda belə yazıldığını görürük:

اعلم أيّدنا اللّه إنّ للّه خليفة يخرج وقد امتلأت الأرض جوراً و ظلماً فيملؤها قسطاً وعدلاً، لو لم يبق من الدنيا إلاّ يوم واحد طول اللّه ذلك اليوم حتّى يلي هذا الخليفة من عترة رسول اللّه(صلى الله عليه وآله وسلم) من ولد فاطمة يواطئ اسمه اسم رسول اللّه (صلى الله عليه وآله وسلم) جدّه الحسن بن علي بن أبي طالب، يبايع بين الركن والمقام، يُشبه رسول اللّه(صلى الله عليه وآله وسلم)في خلقه (بفتح الخاء) و ينزل عنه في الخلق (بضم الخاء) لأنّه لايكون أحد مثل رسول اللّه (صلى الله عليه وآله وسلم) في أخلاقه واللّه يقول فيه: (وَإِنَّكَ لَعلى خُلُق عَظِيم).

Bil ki, – Allah bizi gücləndirsin – Allahın bir xəlifəsi vardır ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman zühur edəcək, beləcə yer üzünü düzlük və ədalətlə dolduracaq. Əgər dünyanın sonun bircə gün belə qalmış olsa, bu xəlifənin gəlməsi üçün Allah o günü uzadacaq. O, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) itrətindən, Fatimənin (Allah ondan razı olsun) övladlarındandır. Babası Həsən ibn Əli ibn Əbu Talibdir. Rükn və məqam arasında ona beyət ediləcək. Yaradılış baxımından Allah Rəsuluna oxşayacaq. Əxlaqda da isə ondan aşağı olacaq. Çünki heç kəs əxlaqda Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) misli ola bilməz. Allah-təala buyurur: “Həqiqətən də sən böyük bir əxlaq üzərəsən”...

 

Fotoşəkil: Muhyiddin ibn Ərəbi, Fütuhati-Məkkiyyə, c.6, səh.51; Darul-kutubil-ilmiyyə, Beyrut; təhqiq: Əhməd Şəmsuddin

В этом разделе