İmam Mehdinin (ə.f) doğulması barədə ər-Ramlinin sözləri

“Fətava ər-Ramli” kitabında belə qeyd olunmuşdur:

سئل رضي الله عنه عن مولانا المهدي هل موجود الآن أم لا؟ فأجاب قد قرأ علي شخص من مدة طويلة كتاباً في أصول الدين ولا أحفظ الآن اسمه فذكر أن المهدي موجود في البلد الفلانية وسماها وأن طول الأزمنة لا تؤثر فيه. انتهى

Ondan (yəni, Ramlidən) – Allah ondan razı olsun – mövlamız Məhdi barədə soruşuldu. Onun hal-hazırda sağ olub-olmadığı sual verildi. Belə cavab verdi:

Uzun müddət bundan əvvəl bir nəfər üsulid-din mövzusunda mənim yanımda bir kitab(dan dərs) oxuyurdu. İndi onun adını xatırlamıram. O, Məhdinin filan ölkədə olduğunu qeyd etdi. Sonra həmin ölkənin adını çəkdi. Zamanın uzunluğunun ona bir təsir qoymadığını söylədi.

 

Fətava ər-Ramli (əlyazma), səh.7.

Həzrəmiyyə diyarının müftisi Seyyid Əbdür-Rəhman ibn Muhəmməd əl-Ələvi özünün “Buğyətul-mustərşidin” kitabında demişdir:

[فائدة]: نقل السيوطي عن شيخه العراقي أن المهدي ولد في سنة 255, قال: ووافقه الشيخ علي الخوَاص, فيكون عمره في وقتنا سنة 958, 703 سنوات أهـ. وذكر أحمد الرملي أن المهدي موجود, وكذلك الشعراني أهـ من خط الحبيب علوي بن أحمد الحداد, وعلى هذا يكون عمره في سنة 1301, 1046 سنة.

[Fayda]: Suyuti öz şeyxi əl-İraqidən Məhdinin 255-ci ildə doğulduğunu nəql etmişdir və demişdir ki: “Şeyx Əli əl-Xəvvas da onunla razılaşmışdır. Buna əsasən hal-hazırda 958-ci ildə onun 703 yaşı olmuş olur.” (Sitatın sonu.) Əhməd ər-Ramli də qeyd etmişdir ki, Məhdi mövcuddur. Həmçinin də əş-Şərani Həbib Ələvi ibn Əhməd əl-Həddadın əl yazısından belə nəql etmişdir. Buna əsasən 1301-ci ildə onun 1046 yaşı olmuş olur.

 

Fotoşəkil: Seyyid Əbdür-Rəhman ibn Muhəmməd əl-Ələvi, Buğyətul-mustərşidin, səh.352.

В этом разделе