İmam Mehdinin (ə.f) doğulması barədə Yəhya əl-Həskəfinin sözləri

Əbul-Fəzl Yəhya ibn Səlamə əl-Həskəfi əş-Şafei əhli-sünnənin böyük alimlərindən biridir.

İbn Kəsir özünün “əl-Bidayə vən-nihayə” kitabında demişdir:

يحيى بن سلامة ابن الحسين بن محمد أَبُو الْفَضْلِ الشَّافِعِيُّ، الْحَصْكَفِيُّ نِسْبَةً إِلَى حِصْنِ كَيْفَا، كَانَ إِمَامًا فِي عُلُومٍ كَثِيرَةٍ مِنَ الفقه والآداب، نَاظِمًا نَاثِرًا، غَيْرَ أَنَّهُ كَانَ يُنْسَبُ إِلَى الْغُلُوِّ فِي التَّشَيُّعِ

Yəhya ibn Səlamə ibn Hüseyn ibn Muhəmməd, Əbul-Fəzl əş-Şafei əl-Həskəfi. Nisbəsi “Hisn-Keyfa” məntəqəsi ilə bağlıdır. Fiqh və ədəbiyyatın bir çox elmlərində imam olmuşdur. Nəzm və nəsrlə yazan bir şəxs olmuşdur. Lakin onun şiəlikdə ğüluvv etdiyini deyirdilər.

Əlbəttə, İbn Kəsirin qeyd etdiyi bu “şiəlik”in on iki imam məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Necə ki, bir qədər sonra bəyan olunacaq.

Bunu dedikdən sonra İbn Kəsir onun bir rəcəzini qeyd etmiş, həmin rəcəzi qeyd etdikdən sonra demişdir:

ثُمَّ خَرَجَ مِنْ هَذَا التَّغَزُّلِ إِلَى مَدْحِ أَهْلِ الْبَيْتِ وَالْأَئِمَّةِ الِاثْنَيْ عَشْرَ، رَضِيَ اللَّهُ تَعَالَى عَنْهُمْ، وَنَفَعَنَا بِهِمْ، حَيْثُ يَقُولُ:

وَ سَائِلِي عَنْ حُبِّ أَهْلِ الْبَيْتِ هَلْ ... أُقِرُّ إِعْلَانًا بِهِ أَمْ أَجْحَدُ
هَيْهَاتَ مَمْزُوجٌ بِلَحْمِي وَدَمِي ... حُبُّهُمْ وَهْوَ الْهُدَى وَالرَّشَدُ
حَيْدَرَةُ وَالْحَسَنَانِ بَعْدَهُ ... ثُمَّ عَلِيٌّ وَابْنُهُ مُحَمَّدُ
وَجَعْفَرُ الصَّادِقُ وَابْنُ جَعْفَرٍ ... مُوسَى وَيَتْلُوهُ عَلِيُّ السَّيِّدُ
أَعْنِي الرِّضَا ثُمَّ ابْنُهُ مُحَمَّدٌ ... ثُمَّ عَلِيٌّ وَابْنُهُ الْمُسَدَّدُ
وَالْحَسَنُ التَّالِي وَيَتْلُو تِلْوَهُ ... مُحَمَّدُ بْنُ الْحَسَنِ الْمُفْتَقَدُ

Sonra bu qəzəldən Əhli-Beytin və on iki imamın mədhinə keçmişdir. Allahu-təala onlardan razı olsun, bizi onlardan faydalandırsın. Demişdir:

Ey məndən Əhli-Beytin sevgisi barəsə soruşan şəxs! Görəsən bu sevgini açıq şəkildə iqrar edim, yoxsa inkar edim?

***

Heyhat (əsla inkar etmərəm)! Onların sevgiləri mənim ətimə və qanıma qarışmışdır. Və bu sevgi hidayət və doğruluqdur.

***

Heydər və ondan sonra Həsəneyn. Sonra Əli və onun oğlu Muhəmməd.

***

Cəfər əs-Sadiq və Cəfərin oğlu Musa. Və Musanın ardınca gələn seyyid Əli:

***

Rizanı nəzərdə tuturam, sonra onun oğlu Muhəmməd. Sonra Əli və onun oğlu Musəddəd:

***

Həsən(i nəzərdə tuturam) və onun ardınca gələn “muftəqəd”1 Muhəmməd ibn əl-Həsən”.

Bundan sonra İbn Kəsir deyir:

ثُمَّ ذَكَرَ مَقْتَلَ الْحُسَيْنِ بِالطَّفِّ إِلَى أَنْ قَالَ:

....
فَلَا يَظُنُّ رَافِضِيُّ أَنَّنِي ... وَافَقْتُهُ أَوْ خَارِجِيٌّ مُفْسِدُ
مُحَمَّدٌ وَالْخُلَفَاءُ بَعْدَهُ ... أَفْضَلُ خَلْقِ اللَّهِ فِيمَا أَجِدُ
....
وَالشَّافِعِيُّ مَذْهَبِي مَذْهَبُهُ ... لِأَنَّهُ فِي قَوْلِهِ مُؤَيَّدُ
أَتْبَعُهُ فِي الْأَصْلِ وَالْفَرْعِ مَعًا ... فَلْيَتَّبِعْنِي الطَّالِبُ الْمُسْتَرْشِدُ

Bundan sonra o, Hüseynin Taffda (Kərbəlada) qətlə yetirilməsini qeyd etmiş və belə demişdir:

...

Hansısa bir rafizi elə hesab etməsin ki, mən onunla razıyam (eyni əqidədəyəm), yaxud fasid xariciyəm.

***

Muhəmməd və ondan sonra gələn xəlifələr, mənim gördüklərim içində Allahın məxluqatının ən üstünləridirlər.

...

***

Mənim məzhəbim Şafeinin məzhəbidir. Çünki Şafei öz sözündə müəyyəddir.2

***

Mən üsliddinin və füruiddinin hər iksində ona tabe oluram. Elə isə doğru yolu tapmaq istəyən (haqq) tələbçisi mənə tabe olsun.”

Bunu qeyd etdikdən sonra sonda İbn Kəsir deyir:

تُوُفِّيَ رَحِمَهُ اللَّهُ فِي رَبِيعٍ الْأَوَّلِ مِنْ هَذِهِ السَّنَةِ بِمَيَّافَارِقِينَ.

O – Allah ona rəhmət etsin – bu ildə (hicri 554-cü ildə) Məyyafariqində vəfat etmişdir.


1 “Muftəqəd” itirilmiş, yaxud, itdiyi vaxt axtarılan şəxs deməkdir. Bu cümlə də öz növbəsində açıq-aşkar buna dəlalət edir ki, əhli-sünnə alimlərinin yanında İmam Məhdi (əleyhis-səlam)-ın ölmüş olması sübuta yetməmişdir. Əks halda “itmiş”, “itirilmiş”, “yoxa çıxmış” kimi sözlər işlətməz, onu da digər imamlar kimi yad edərdilər. (Red.).

2 “Müəyyəd” dəstəklənən deməkdir. (Red.).

 

Fotoşəkil: İbn Kəsir, əl-Bidayə vən-nihayə, c.14, səh.154-156; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1431/2010; təhqiq: Abdul-Qadir əl-Arnaut və Bəşşar Avvad Maruf

В этом разделе