Böyük şafei alimlərindən olan Şeyx Abdullah İbn Muhəmməd əş-Şəbravi özünün “əl-İthaf bi hubbil-əşraf” kitabında demişdir:
وكانت وفاته بسر من رأى, ودفن بالدار التي دفن فيها أبوه, وخلف بعده ولده وهو: الثاني عشر من الأئمة أبو القاسم محمد. الحجة الإمام قيل هو المهدي المنتظر.
ولد الإمام محمد الحجة ابن الإمام الحسن الخالص بسر من رأى ليلة النصف من شعبان سنة خمس وخمسين ومائتين, قبل موت أبيه بخمس سنين وكان أبوه قد أخفاه حين ولد, وستر أمره لصعوبة الوقت, وخوفه من الخلفاء؛ فإنهم كانوا في ذلك الوقت يتطلبون الهاشميين, ويقصدونهم بالحبس, والقتل, ويريدون اعدامهم. وكان الإمام محمد الحجة يلقب أيضاً بالمهدي, والقائم, والمنتظر, والخلف والصالح, وصاحب الزمان, وأشهرها المهدي, ولذلك ذهبت الشيعة أنه الذي صحت الأحاديث بأنه يظهر آخر الزمان, وأنه موجود في السرداب الذي دخله في سر من رأي, ولهم في ذلك تآليف, والصحيح خلاف ما ذهبوا إليه, وأن المهدي الذي صحت به الأحاديث, وأنه يظهر آخر الزمان خلافه, وإن كان أيضا من أشراف آل البيت الكرام, لكنه يولد, وينشأ كغيره, لا أنه من المعمرين.
(Həsən əl-Əskəri) Samirrada vəfat etmişdir. Atasının dəfn edildiyi evdə dəfn edilmişdir. Özündən sonra xələf olaraq öz oğlunu qoymuşdur: imamların on ikincisi Əbul-Qasim Muhəmməd əl-Huccət əl-İmam. Demişlər gözlənilən Məhdi odur. İmam Muhəmməd əl-Huccət ibn əl-Həsən əl-Xalis 255-ci ilin şəban ayının 15-də, atasının ölümündən beş il qabaq Samirrada dünyaya gəlmişdir. O, doğulduğu zaman atası zəmanənin çətinliyi səbəbindən və xəlifələrin qorxusundan onu gizlətmiş, doğumunu gizli saxlamışdır. Çünki o dövrdə xəlifələr haşimiləri axtarır, onları həbs etmək, öldürmək və edam etmək istəyirdilər.
İmam Muhəmməd əl-Huccətin həmçinin bu ləqəbləri var idi: Məhdi, Qaim, Müntəzər, saleh xələf və Sahibəz-zəman. Bu ləqəblər içində ən məşhuru Məhdi idi. Buna görə də şiələr demişlər ki, səhih hədislərdə axirəz-zəmanda zühur edəcəyi bildirilən Məhdi odur, həmçinin demişlər ki, o, Samirrada daxil olduğu sərdabda mövcuddur (yaşayır). Onlar bu mövzuda əsərlər yazmışlar. Doğru olan onların dediyinin əksidir; səhih hədislərin xəbər verdiyi və axirəz-zəmanda zühur edəcək Məhdi o deyildir. Baxmayaraq ki, həmin Məhdi də möhtərəm Əhli-Beytdən olacaq. Lakin o (axirəz-zəmanda) dünyaya gələcək və başqaları kimi böyüyəcək. (Şiələrin dedikləri kimi) uzunömürlü deyil.
Fotoşəkil: Şeyx Abdullah İbn Muhəmməd əş-Şəbravi, əl-İthaf bi hubbil-əşraf, səh.367-368-369-370-372-374-375-378, mühəqqiq: Sami əl-Ğureyri.
Əlbəttə, bizim üçün Şəbravinin sonda dediyi sözlər mühüm deyildir. Onun qeyd etdiyi bu iradlara yetərincə və lazımı şəkildə cavab verilmişdir. Bizim üçün mühüm olan onun İmam Höccət (əleyhis-səlam)-ın dünyaya gəlməsini təsdiq etməsidir ki, bunu da etmişdir.
Allah-təalaya həmd olsun.