İmam Mehdinin (ə.f) doğulması barədə əs-Suveydinin sözləri

Böyük şafei alimlərindən olan Muhəmməd Əmin əs-Suveydi özünün “Səbaikuz-zəhəb” kitabında demişdir:

خط الحسن العسكري
محمد المهدي.
وكان عمره عند وفاة أبيه خمس سنين , وكان مربوع القامة , حسن الوجه والشعر , أقنى الأنف , صبيح الجبهة , وزعم الشيعة أنه غاب في السرداب بسر من رأى والحرس عليه , سنة مائتين واثنين ووستين , وأنه صاحب السيف القائم المنتظر قبل قيام الساعة , وله قبل قيامه غيبتان أحدهما أطول من الأخرى.

Həsən əl-Əskərinin xətti:

Muhəmməd əl-Məhdi:

Atası vəfat etdiyi zaman onun beş yaşı olmuşdur. Orta boylu, gözəl üzlü və gözəl saçlı, ensiz və bir qədər çıxıntılı burunlu, geniş (açıq) alınlı olmuşdur. Şiələr iddia etmişlər ki, o, 262-ci ildə Samirrada sərdabda qeybə çəkilmişdir, həmin vaxt (Abbasilər) onu axtarırlarmış, həmçinin iddia etmişlər ki, o, qiyamətdən qabaq qiyam edəcəyi gözlənilən qılınc sahibidir (Məhdidir), həmçinin  də iddia etmişlər ki, onun qiyamından qabaq biri digərindən uzun olan iki qeybə çəkilməsi vardır...

 

Fotoşəkil: Muhəmməd Əmin əs-Suveydi, Səbaikuz-zəhəb fi ənsabil-ərəb, səh.78. (əlyazma)

Bundan sonra Suveydi öz həddində bir neçə irad tutmuşdur ki, bu iradların da cavabı dəfələrlə ətraflı şəkildə verilmişdir.

В этом разделе