İmam Mehdinin (ə.f) doğulması barədə Əhməd ibn Yusif əl-Qərəmaninin sözləri

Əhli-sünnə alimlərindən olan Əhməd ibn Yusif əl-Qərəmani özünün “Əxbarud-duvəl və asarul-uvəl fit-tarix” kitabında deyir:

الفصل العاشر.
في ذكر أبي محمد الحسن الخالص بن علي العسكري رضي الله عنه.


Onuncu fəsil. Əbu Muhəmməd Həsən əl-Xalis ibn Əli əl-Əskəri barədə. Allah ondan razı olsun.

الفصل الحادي عشر.
في ذكر أبي القاسم محمد الحجة الخلف الصالح
وكان عمره عند وفاة أبيه خمس سنين , آتاه الله فيها الحكمة , كما أوتيها يحيى عليه السلام صبياً. وكان مربوع القامة , حسن الوجه والشعر , أفتى الأنف , أجلى الجبهة .

On birinci fəsil. Əbul-Qasim Muhəmməd əl-Huccə əl-Xələf əs-Saleh barədə. Allah ondan razı olsun.1 Atası vəfat etdiyi vaxt onun beş yaşı var idi. Allah ona bu yaşda hikmət əta etmişdir. Necə ki, Yəhyaya (əleyhis-səlam) uşaq ikən hikmət edilmişdir. O, orta boylu, gözəl üzlü və gözəl saçlı, nazik və bir qədər çıxıntılı burunlu, açıq alınlı idi.


1 Kitabın başqa bir nüsxəsində Həzrət Höccət (əleyhis-səlam)-ın adı bu şəkildə yazılmışdır:

“Muhəmmədin soyundan olan dinin yardımçısı, ümumi (yəni: hamının (red.)) İmamı Əbul-Qasim Muhəmməd ibn Həsən əl-Əskəri barədə.”

Digər bir nüsxədə isə belə yazılmışdır:

“Saleh xələf İmam Əbul-Qasim Muhəmməd ibn Həsən əl-Əsgəri barədə. Allah ondan razı olsun.” (Red.)

 

Əhməd ibn Yusif əl-Qərəmani, Əxbarud-duvəl və asarul-uvəl fit-tarix, c.1, səh. 351 və 353, təhqiq: Dr. Fəhmi Səd və Dr. Əhməd Hatit.

Qeyd edək ki, Əhməd ibn Yusuf əl-Qərəmani bu sözləri qeyd etdikdən sonra şiələrin İmam Höccət (əleyhis-səlam)-la bağlı fikirlərini qeyd etmiş, o Həzrətin (əleyhis-səlam) ölümü ilə bağlı isə heç bir şey deməmişdir.

В этом разделе