Fəxrəddin ər-Razi özünün “əş-Şəcərətul-mubarəkə fi ənsabit-talibiyyə” kitabında demişdir:
أما الحسن العسكري الإمام فله ابنان وبنتان . أما الإبنان فأحدهما: صاحب الزمان والثاني موسى درج في حياة أبيه. وأما البنتان ففاطمة درجت في حياة أبيها, وأم موسى درجت أيضاً .
Həsən əl-Əskəri əl-İmama gəlincə, onun iki oğlu və iki qızı olmuşdur. Oğlanlara gəlincə, onlardan biri Sahibəz-zəmandır. İkincisi isə Musadır. Musa atasının sağlığında dünyadan köçmüşdür. Qızlara gəlincə isə, (biri) Fatimədir ki, atasının sağlığında dünyadan köçmüşdür, (digəri də) Ümmü-Musadır ki, o da həmçinin (atasının sağlığında) dünyadan köçmüşdür.
Fotoşəkil: Fəxrəddin ər-Razi, əş-Şəcərətul-mubarəkə fi ənsabit-talibiyyə, səh.78-79.
Qeyd edək ki, Fəxrəddin ər-Razinin bu kitabı son dövrlərdə ortaya çıxmışdır. Bu səbəbdən də onun əsərlərinin adlarını qeyd edən müəlliflərin əksəriyyəti əsrlər arasında bu kitabın adını qeyd etməmişlər. Kitabı ilk dəfə Ayətullahul-üzma Seyyid Mərəşi Nəcəfi (quddisə sirruh) üzə çıxarmışdır. Kitabın Qumdakı çapının müqəddiməsində də qeyd olunduğu kimi mərhum Mərəşi Nəcəfi (quddisə sirruh) kitabın orijinal nüsxəsini Türkiyənin “Sultan Ahmed Camisi”nin kitabxanasında, 2677 nömrəli nüsxədə tapmışdır. Bundan sonra oğlu Əllamə Seyyid Mahmud Mərəşini kitabın fotonüsxəsini götürməkdən ötrü İstanbula göndərmiş, Seyyid Mahmud Mərəşi uzun əziyyətlərdən sonra kitabın fotonüsxəsini əldə edərək onu Quma gətirmişdir. Nəhayət 1409-cu hicri ilində kitab müqəddəs Qum şəhərində çapdan çıxmışdır.
Qeyd edək ki, kitabın elektron nüsxəsi islamport.com və shamela.ws kimi məşhur müxalif saytlarında da mövcuddur.
http://shamela.ws/rep.php/book/1060
http://islamport.com/w/nsb/Web/499/62.htm
Həmçinin, sahaba.rasoolona.com saytı öz məlumat mənbələri arasında bu kitabın adını qeyd etmişdir.
Biz, bəzi şəxslər “şiə alimi bu kitabı özündən uydurub, kitabı yalandan Fəxrəddin ər-Raziyə nisbət verib”, - deməsinlər deyə Türkiyənin Diyanət Vakfın İslami Araşdırmalar Mərkəzinin hazırladığı 44-cildlik ensiklopediyadan bir sitatı qeyd etmək istəyirik. Ensiklopediyanın 12-ci cildinin 94-cü səhifəsində professor doktor Yusuf Şevki Yavuz Fəxrəddin ər-Razinin əsərlərini qeyd edərkən əsərlər arasında “əş-Şəcərətul-mubarəkə” kitabının adını da qeyd etmişdir. Yazır:
“...g) Biyografi.1
...2. eş-Şeceretü’l-mübâreke fi’l-ensâbi’ŧ-Ŧâlibiyye. Hz. Ali’nin soyuna dairdir (TSMK, III. Ahmed, nr. 2677).”
1 Yəni, Fəxrəddin ər-Razinin bioqrafiyaya dair yazdığı əsərlər. (Red.).
“TDV İslâm Ansiklopedisi (DİA)”: c.12, səh.94, 2013.