Müaviyənin yetişdirdiyi nasibi səhabə, tabein və fəzilətli şəxslər

Şəmsuddin əz-Zəhəbi dünyaya göz açdığı Şam şəhəri və onun əhalisi barədə çox maraqlı fikirlər yazmışdır. Onun bildirdiyinə görə Müaviyə bəzi səhabələri, həmçinin səhabə nəslindən sonrakı tabein nəslindən bir çox şəxsi ələ almışdır. Həmçinin demişdir ki, Şamda böyüyüb boya-başa çatanlar nasibilik (yəni, Əhli-beytə nifrət) təlimi əsasında tərbiyə edilmişlər:

وخلف معاوية خلق كثير يحبونه ويتغالون فيه، ويفضلونه، إما قد ملكهم بالكرم والحلم والعطاء، وإما قد ولدوا في الشام على حبه، وتربى أولادهم على ذلك. وفيهم جماعة يسيرة من الصحابة، وعدد كثير من التابعين والفضلاء، وحاربوا معه أهل العراق، ونشؤوا على النصب، نعوذ بالله من الهوى

“Müaviyədən sonra onu sevən, onun barəsində ifrata varan və onu digərlərindən üstün bilən çoxsaylı insan kütləsi formalaşmışdı. Bu şəxsləri ya Müaviyə səxavət, mülayimlik və bəxşiş ilə ələ almışdı, ya da onlar Şamda dünyaya gəlmiş, gözlərini açandan Müaviyə sevgisi görmüş və övladlarına da bu sevgi əsasında tərbiyə vermişdilər. Belə şəxslər arasında az sayda səhabə, çoxlu sayda tabein və fəzilətli şəxslər var idi. Onlar Müaviyə ilə birlikdə iraqlılarla döyüşmüşdülər. Onlar nasibilik təlimi əsasında böyüyüb boya-başa çatmışdılar. Nəfsi istəklərdən Allaha sığınırıq.”

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyər əlamin-nubəla, c.3, s.128 [Muəssiətur-risalə, Beyrut, 1996/1417;  təhqiq: Şueyb əl-Arnaut]

В этом разделе