Müaviyənin cinayətləri (Əhməd əl-Ğumari)

Məşhur əhli-sünnə alimi Əhməd əl-Ğumari yazır:

الوجه الثامن : ويحتمل أنه لم يقبَل رؤيةَ أهلِ الشام وشهادتَهم لفسْقهم أيضاً وخروجِهم عن الإمام الحق ، ومحاربتِهم للهِ ورسوله ، وأفعالِهم القبيحةِ مع أهلِ البيْت وشُؤْمِهم على الإسلام والمسلمين بنصْرة معاويةَ الباغي على الإمام الحق ، والفاتك بآل البيت النبَوي بإجماع المسلمين كما حكاه النووي وغيرُه
لا سيّما وقد ثبَت عن الشوَامّ في عصرِ معاوية تَمالؤهم على الكذِب وشهادةِ الزُّور كما وقَع في قصّتِهم مع صاحب الجمَل : حيث دخَل رجلٌ مِن أهل الكوفة دمَشْق وهو على بعيرٍ له ، وذلك حالَ منصرَفِهم عن صفّينَ فتعلَّق به رجلٌ من الشام ، فقال : هذه ناقتي أخذتَ مني بصِفّينَ ، فارتفَع أمرهُما إلى معاوية ، وأقام الشامي خمسِين رجلاً بيْنه يشهَدون له أنها ناقته ، فقضى معاوية على الكوفي وأمَره بتسليم الناقة إليه ، فقال الكوفي : أصلَحكَ الله إنه جملٌ و ليس بناقة ، فقال معاوية : هذا حكم قد مضى
ودس إلى الكوفي بعد تفرُّقِهم ، فأحضَره وسأله عن بعيرِه فدفَعه إليه ، وقال له : أبلِغْ عليًّا أني أقاتِله بمائةِ ألفٍ ما فيهم مَن يُفرّق بين الناقةِ والجمل
وكذلك اختبر طاعتهم له ، فصلى بهم عند مَسيرِهم إلى صفّينَ الجمعةَ يومَ الأربعاء فوافَقوه على ذلك
وكان يأمُرهم أن يقُوموا في المحافِل فيرْوُون أحاديثَ يُلقّنهم إياها ويدّعُون أنهم سمِعوها مِن الصحابة وهي في فضْل الشام ، وأنهم على الحق ، وفي ذمّ أهلِ العراق وأنهم على الباطل ، ولذلك كثُرت الأحاديثُ الموضوعةُ في فضْل الشامِ مع أنها مرويةٌ برجالِ الصحيح ، لأنها مكذوبةٌ مِن الأصل ، تحسيناً مِن الحفاظ للظنّ بمعاوية وحزْبه ، مع أنها ظاهرةُ الوضْع محقَّقة البطلانِ لمخالفِتها للواقعِ والمشاهدةِ
وحدَّثهم معاويةُ أيضا بأن عليًّا عليه السلام هو الذي قتَل عمَّارِ بن ياسر رضي الله عن ه، لما شاع عند قتْله أن النبي صلى الله عليه وسلم قال : عمار تقتُله الفئةُ الباغيةُ  ، وقال : إنما قتَله الذي جاءَ به إلى القتال ، فصدَّقوه في ذلك واستمروا معه مُعتقدين أنه على الحق ، وأمَرهم بلعْن علي عليه السلام فأطاعوه واعتقَدوا أن ذلك سُنة
وحدَّثهم أن بني أميّة هم أقاربُ النبي صلى الله عليه وسلم الذي يرِثونه دون بني هاشِم فصدَّقوه ودامُوا على ذلك الاعتقاد إلى ظهور دولةِ بني العباس ، حتى أقسَموا أنهم ما كانوا يعتقِدون أن للنبي صلى الله عليه وسلم قرابةً يجب نصْرها إلا بني أمية
في أمثال هذا مما هو معروفٌ عن أهل الشام ومقرَّر عند ابن عباس بالمشاهدة والمخالطة والخبْرِ المتواترِ فلذلك لم يعتبِر شهادتَهم
الوجه التاسع : ويحتمل أيضا أنه لم يقبَل حكْمَ معاوية للعَداوة التي كانت بينهما والإذايةِ التي آذى بها معاويةُ آلَ البيت الذين مِنهم ابن عباس رضي الله عنهما ، ويكفي ما فعَله أميرُه بُسْرُ بن أرْطَأة لعَنه الله مِن ذبحِ ابني أخيه الفضلِ بن عباس على صدْر أمهما ، مع سفْك دماءِ المسلمين وهتْك حُرُماتِ أهل المدينة ، وكلُّ ذلك بأمْره


Səkkizinci məsələ: ehtimal olunur ki, İbn Abbas Şam camaatının rəvayət və şahidliklərini onların fasiqliklərinə, haqq imama qarşı çıxmalarına, Allah və Onun elçisi ilə müharibə aparmalarına,Əhli-Beytə qarşı etdikləri çirkin işlərə və – Nəvəvinin və başqalarının nəql etdiyi kimi – bütün müsəlmanların icmasına əsasən haqq imama qarşı baği olmuş (həddi aşmış, azğın olmuş) və Peyğəmbər Əhli-Beytinin hörmətini çeynəmiş Müaviyəyə kömək etməklə islama və müsəlmanlara gətirdikləri bədbəxtliklərə görə qəbul etməmişdir.

Xüsusən, nəzərə almaq lazımdır ki, şamlıların Müaviyənin hakimiyyəti dövründə yalana və saxta şahidliyə meyilli olduqları sübuta yetmişdir. Bunu dəvə sahibi kişi ilə bağlı nəql olunan əhvalatdan görmək olar. Həmin əhvalata görə, Əli ilə Müaviyənin qoşunları Siffeyn döyüşündən qayıtdıqları vaxt bir kufəli kişi dəvəsi ilə birlikdə Dəməşqə gəlir. Bu zaman bir şamlı onun yaxasına yapışıb, “bu mənim dişi dəvəmdir, sən onu Siffeyndə məndən almısan!”, - deyə israr edir. Məsələ Müaviyənin məclisinə çıxarılır. Şamlı kişi əlli nəfər adamı şahid gətirir ki, dişi dəvə onundur. Müaviyə də münaqişəni şamlının xeyrinə həll edərək kufəliyə dəvəni ona verməsini əmr edir.  Bu zaman kufəli deyir: “Allah işini avand etsin, mənim miniyim dişi yox, erkək dəvədir. ” Müaviyə deyir: “Artıq hökm verilib”.

Camaat getdikdən sonra Müaviyə kufəli kişi üçün xəbər göndərib onu yanına çağırtdırır. Kişi ondan dəvəsini soruşduqda Müaviyə dəvəsini ona verir. Bunun ardınca deyir ki: “Əliyə çatdır ki, mən ona qarşı dişi dəvə ilə erkək dəvəni bir-birindən ayıra bilməyən 100 min nəfər adamla döyüşürəm”.

Həmçinin, Müaviyə Siffeynə gedərkən şamlıların ona nə dərəcədə itaətkar olub-olmadıqlarını yoxlamaq üçün cümə namazını cümə axşamı günü qılmış, camaat da ona etiraz etməyərək cümə namazı qılmışdılar.

Həmçinin, Müaviyə şamlılara yığıncaqlar tərtib etmələrini, o yığıncaqlarda özünün onlara öyrətdiyi “hədisləri” nəql etməyi və bunları səhabələrdən eşitdiklərini iddia etmələrini əmr edirdi. Bu “hədislər” Şamın fəziləti və şamlıların haqq yolda olmaları barədə, həmçinin iraqlıların pisliyi və onların batil yolda olmaları barədə idi. Məhz buna görədir ki, Şamın fəziləti barədə çox sayda uydurma hədislər nəql olunmuşdur. Bu hədislər güvənilən ravilər yolu ilə nəql olunsa da, uydurma hesab olunurlar, çünki onlar kökündən yalandırlar. Lakin, hafizlər Müaviyə və onun dəstəsi barədə hüsnü-zənn edərək bu hədisləri nəql etmişlər. Halbuki, reallıqla ziddiyyət təşkil etdikləri üçün bu hədislərin uydurmalığı və batilliyi açıq-aşkardır.

Həmçinin, Müaviyə şamlılara belə nəql etmişdi ki, Əmmar ibn Yasiri (Allah ondan razı olsun) qətlə yetirən Əlidir (əleyhissəlam). Belə ki, Əmmar öldürülən vaxt Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) “Əmmarı azğın tayfa qətlə yetirəcək” – hədisi yayıldıqda, Müaviyə, “Əmmarı onu döyüşə gətirən öldürmüşdür”, - deyə iddia etdi. Şamlılar da onu təsdiq etdilər, onun haqq yolda olduğuna inanmaqda davam etdilər.

Həmçinin, Müaviyə onlara Əliyə lənət oxumağı əmr etdi, onlar da ona itaət edib Əliyə lənət oxumağa və bu işin “sünnət” olduğuna inanmağa başladılar.

Həmçinin, Müaviyə onlara nəql etdi ki, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) varisi olan qohumları Bəni-Haşim yox, məhz Bəni-Üməyyədir, onlar da onu təsdiq edib Abbasilər dövlətinin meydana çıxmasınadək buna etiqad etdilər. Abbasilər hakimiyyətə gəlincə isə, and içib dedilər ki, vaxtikən Peyğəmbərin Bəni-Üməyyədən başqa “yardımı vacib olan” qohumlarının olmadığını düşünürmüşlər.

Doqquzuncu məsələ: Ehtimal olunur ki, İbn Abbas Müaviyənin hakimiyyətini özü ilə Müaviyə arasında olan düşmənçiliyə və Müaviyənin – üzvlərindən birinin İbn Abbas olduğu – Əhli-Beytə verdiyi əziyyətə görə qəbul etməmişdi. Təkcə Müaviyənin qoşun başçısı Busr ibn Ərtəənin (Allah ona lənət etsin) İbn Abbasın qardaşı oğlu Fəzlin iki oğlunun başını analarının qucağında kəsməsini, müsəlmanların qanını tökməsini və Mədinə camaatının toxunulmazlığını ayaq altına almasını misal göstərmək kifayət edər. Bütün bunları o, məhz Müaviyənin göstərişi ilə etmişdi.

 

Fotoşəkil: Əhməd əl-Ğumari,  "Təvcihul-ənzar", səh.122-123; "Darun-Nəfəis", İordaniya, 1419

В этом разделе