Əbu Nüeym və Übeydullah Müaviyəni və onun yaxınlarını təhqir edirdilər

Böyük əhli-sünnə tarixçisi, hədis və rical alimi Şəmsuddin əz-Zəhəbi yazır:

قلتُ : وقد كان أبو نعيم ، وعبيد الله مُعظّمَينِ لأبي بكرٍ وعمرَ ، وإنما ينالانِ مِن معاوية وذَوِيه

Deyirəm: “Əbu Nüeym və Übeydullah Əbu Bəkr və Ömərə böyük hörmət bəsləyir, lakin Müaviyə və onun yaxınlarını təhqir edirdilər”.

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, "Siyəru-əlamin-nübəla", 3-cü cüz, 3145-ci səhifə; "Beytül-əfkarid-dəvliyyə", ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

Zəhəbinin həmin kitabının 1996-cı il Beyrut çapında isə ünvan cild 10, səhifə 432-dir.

Zəhəbinin elə öz sözlərinə əsasən Əbu Nüeym Fəzl ibn Dukeyn - böyük hafiz və şeyxül-islamdır. Buxari ondan çox hədis nəql edib. O, Buxarinin böyük şeyxlərindəndir. Ubeydullah ibn Musa da onun kimi imam, hafiz və abid şəxsdir.

Bir qrup münafiq səhabəni haqlı olaraq tənqid etdiklərinə görə şiələri kafir adlandıranlar niyə bu şəxslərə qarşı eyni münasibəti bəsləmirlər?

В этом разделе