Müaviyənin həyata keçirdiyi ilklər (Zübeyr ibn Bəkkar)

Böyük əhli-sünnə tarixçisi, hədis və rical alimi Şəmsuddin əz-Zəhəbi zamanında Məkkənin qazisi olmuş Zübeyr ibn Bəkkarın belə dediyini yazır:

قال الزبيرُ بن بكَّارٍ : كان معاويةُ أولُ مَن اتخذَ الديوانَ للخَتْم ، وأمَر بالنيروز والمَهْرِجان ، واتخذ المقاصيرَ في الجامع ، وأول مَن قتَل مسلماً صبْراً ، وأول مَن قام على رأسِه حَرَسٌ ، وأول من قُيِّدتْ بين يديه الجنائب ، وأول مَن اتخذ الخدَّامَ الخِصْيانَ في الإسلام ، وأول مَن بلَّغ درجاتِ المنبرِ خمسَ عشرةَ مِرِقاةٍ ، وكان يقول: أنا أول الملوك
قلت : نعم . فقد روى سفينةُ : عن رسول الله - صلى الله عليه وسلم - قال : الخلافة بعدي ثلاثون سنة ، ثم تكون مُلْكاً
فانقَضتِ خلافةُ النبوة ثلاثينَ عامًا، وولِي معاويةُ ، فبالغَ في التجمُّل والهيْئة ، وقلَّ أن بلَغ سلطانٌ إلى رتبته ، ولَيْتَه لم يعْهَدْ بالأمْر إلى ابنِه يزيدَ ، وترَك الأمةَ مِن اختيارِه لهم

Zübeyr ibn Bəkkar demişdir: Müaviyə möhür divanı1 quran, Novruz və Mihrican bayramlarının qeyd olunmasına göstəriş verən, məscidlərdə məqsurə2 tikdirən, müsəlmanı işgəncə ilə qətlə yetirən, başında qarovul dəstəsi dayanan, ilk kortec quran, İslam aləmində özünə axtalanmış xidmətçilər (xədim) götürən və minbərin pillələrini 15 edən ilk şəxsdir. O, “mən ilk padşaham”, - deyərdi.

Mən deyirəm: Bəli, (belədir). Səfinə Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) belə nəql etmişdir: “Xilafət məndən sonra 30 il davam edəcək, ondan sonra padşahlığa dönəcək”. Peyğəmbər xilafəti cəmi 30 il davam etdi. Bundan sonra Müaviyə hakimiyyətə gəldi. Gözəllik və zahiri bər-bəzək işində ifrata vardı. Çox az sultan onun səviyyəsinə çata bilmişdir. Kaş ki, o, hakimiyyəti oğlu Yezidə ötürməyə və ümməti bu işdə sərbəst buraxaydı.


1 Möhür divanı - xəlifə məktublarının şam və s. kimi şeylərlə möhürlənməsi işinə baxırdı. (Tərc.)

2 Məscidin içində sui-qəsd və s. kimi təhlükələrdən qorunmaq məqsədiylə pişnamazın namaz qıldığı örtülü otaq. (Tərc.)

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, "Siyəru-əlamin-nübəla", 3-cü cüz, 3890-cı səhifə; "Beytül-əfkarid-dəvliyyə", ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

В этом разделе