Əhməd əl-Ğumari Müaviyəni münafiq və kafir adlandırır

Məşhur əhli-sünnə alimi Əhməd əl-Ğumari yazır:

ولا يخفاك أن النواصِب كان مَقَرُهم بالشام و البصْرة و الأندلس ، و المقصود أن هذه الأحاديث الصحيحةِ المتفقِ عليها, مع ما تواترَ مِن لعْنِ معاويةَ لعليّ على المنبَر طولَ حياته وحياةِ دولتِه إلى عمرَ بنِ عبد العزيز وقتالِه وبغضِه يطلع منه أنه منافق كافر, فهي مؤيَّدة لتلْك الأحاديث الأخرى ، و يزعُم النواصب أن ذلك ( أعني لعن معاوية لعلي ) كان اجتهاداً ، مع أن النبي صلى الله عليه وسلم يقول في مطلَق الناس : ( لعن المؤمنِ كقتْله ) ، فإذا كان الاجتهاد يدخُل اللعنَ وارتكابَ الكبائر فكلُّ سارقٍ وزانٍ وشاربٍ وقاتلٍ يجوز أن يكون مجتهداً ، فلا حدَّ في الدنيا ولا عقابَ في الآخرة

Nasibilərin məskəninin Şam, Bəsrə və Əndəlus olması sirr deyil. Bu hədislər  səhihdir və onların səhihliyi barəsində hamı ittifaq edib. Bu hədislərə Müaviyənin bütün ömrü boyunca, minbərdən Əliyə lənət oxuması və bu adətin Ömər ibn Əbdül-Əzizin hakimiyyətinə qədər davam etməsilə bağlı, həmçinin Müaviyənin Əli ilə döyüşməsi və ona kin və nifrət bəsləməsi ilə bağlı gəlib çatan mütəvatir hədisləri əlavə etdikdə, Müaviyənin münafiq və kafir olması məlum olur. Nasibilər iddia edirlər ki, bu iş, yəni, Müaviyənin Əliyə lənət oxuması ictihad idi. Halbuki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm)  (nəinki Əli,) ümumi insanlar barəsində buyurur ki, “möminə lənət oxumaq, onu qətlə yetirmək kimidir”. Əgər lənət etmək və böyük günahlara bulaşmaq məsələlərində ictihad keçərlidirsə, onda bütün oğrular, zina edənlər, şərab içənlər və adam öldürənlər müctəhid ola bilərlər! Etdikləri əməllərin nə dünyada cəzası olar, nə də axirətdə!

 

Fotoşəkil: Əhməd əl-Ğumari, "əl-Cəvabul-mufid", səh. 59; "Darul-kutubil-ilmiyyə", Beyrut, 1423/2002

В этом разделе