İbn Həcər əl-Əsqəlani yazır:
قال قتيبة ثنا جرير الحافظ المقدم, ولكني سمعته يشتم معاوية علانية.
Qüteybə demişdir: Hafiz Cərir bizə hədis nəql etmişdir. Lakin, mən onun açıq-aşkar şəkildə Müaviyəni təhqir etdiyini eşitmişəm.
Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, “Təhzibüt-təhzib”, c.1, səh.550; “Vizarətül-əvqaf”, S.Ərəbistanı; təhqiq: Adil Əhməd Əbdül-Məvcud və Əli Muhəmməd Muəvvəd
Cərir ibn Əbdül-Həmid kimdir?
İmamdır, hafizdir, qazıdır, altı “səhih” kitabın müəllifi ondan hədis nəql etmişdir, İbn Səd, Nəsai, Lələkai və başqaları onu siqə bilmişlər (“Siyərü-əlamin-nübəla”: 9/10-17, “Müəssəsətür-risalə”, Beyrut).