Əhli-sünnə imamı Übeydullah ibn Musanın Müaviyəyə lənət oxuması

Əbu Bəkr ibn əl-Xəllalın “əs-Sünnə” kitabında belə deyilir:

سَمِعْتُ مُحَمَّدَ بْنَ عُبَيْدِ اللَّهِ بْنِ يَزِيدَ الْمُنَادِيَ، يَقُولُ: كُنَّا بِمَكَّةَ فِي سَنَةِ تِسْعٍ، وَكَانَ مَعَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى، فَحَدَّثَ فِي الطَّرِيقِ فَمَرَّ حَدِيثٌ لِمُعَاوِيَةَ، فَلَعَنَ مُعَاوِيَةَ، وَلَعَنَ مَنْ لَا يَلْعَنُهُ، قَالَ ابْنُ الْمُنَادِي: فَأَخْبَرْتُ أَحْمَدَ بْنَ حَنْبَلٍ، فَقَالَ: مُتَعَدِّي يَا أَبَا جَعْفَرٍ

Muhəmməd ibn Übeydullah ibn Yezid əl-Munadinin belə dediyini eşitdim: 9-cu ildə Məkkədə idik. Übeydullah ibn Musa da bizimlə idi. Yol əsnasında söhbət edirdi. Birdən söz Müaviyədən düşdü. Bu zaman Müaviyəyə və Müaviyəyə lənət etməyənə lənət etdi. Mən bunu Əhməd ibn Hənbələ xəbər verdikdə, o, belə dedi: “Həddi aşandır, ey Əbu Cəfər.”

Kitabın mühəqqiqi Ətiyyə əz-Zəhrani bu rəvayətin sənədinin "həsən" dərəcəsində olduğunu bildirmişdir.

 

Fotoşəkil: Əbu Bəkr ibn əl-Xəllal, “əs-Sünnə”,  c.3, s.503, №808; “Darur-rayə”, ər-Riyad, 1410/1989; təhqiq: Ətiyyə əz-Zəhrani

Übeydullah ibn Musa kimdir?

Buxarinin birbaşa hədis nəql etdiyi şəxslərin ən görkəmlilərindəndir (Zəhəbi, “Tarixul-İslam”: 5/389, “Darul-ğərbil-islami”); imam, hafiz və abiddir (Zəhəbi, “Siyəru-əlamin-nübəla”: 9/553, “Müəssəsətür-risalə”); Kufədə səhabələrin sırası əsasında “müsnəd” kitabı yazan ilk şəxsdir, altı “Səhih” kitabının müəllifləri ondan hədis nəql etmişlər, İbn Məin və başqaları onu siqə bilmişlər (həmin mənbə: səh.554-555).

В этом разделе