Xətib əl-Bağdadi öz "Tarix"ində yazır:
أخبرنا بن رزق قال أخبرنا احمد بن عبد الله الوراق قال حدثنا أبو الحسن علي بن إسحاق بن عيسى بن زاطيا المخرمي قال سمعت إبراهيم بن سعيد الجوهري يقول سمعت معاذ بن معاذ . وأخبرنا بن الفضل قال أخبرنا عثمان بن احمد الدقاق قال حدثنا سهل بن أبي سهل الواسطي قال حدثنا أبو حفص عمرو بن علي قال سمعت معاذ بن معاذ يقول سمعت سفيان الثوري يقول استتبت أبا حنيفة من الكفر مرتين
Bizə İbn Rəzzaq xəbər verdi və dedi, bizə Əhməd b. Abdullah əl-Vərraq rəvayət etdi və dedi, bizə Əbu əl-Həsən Əli b. İshaq b. İsa b. Zatiya əl-Məxərrəmi rəvayət etdi və dedi: eşitdim ki, İbrahim b. Səid əl-Cövhəri dedi: eşitdim ki, Muaz b. Muaz dedi. (Birinci sənəd burada bitir) Və bizə İbn Fazl xəbər verdi və dedi: bizə Osman b. Əhməd əl-Dəqqaq xəbər verdi və dedi, bizə Səhl b. Əbi Səhl əl-Vasiti rəvayət etdi və dedi: Əbu Həfsə Əmr b. Əli rəvayət etdi və dedi: eşitdim Muaz b. Muaz dedi: eşitdim Süfyan əs-Səvri dedi: Əbu Hənifə iki dəfə küfrdən dönmüşdür.
əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.13, s.391, №55; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut
Onlayn mənbə: shamela, 13/391
Şeyx Bəşər Əvəd Maruf deyib: sənədi səhihdir, ricalları siqadır.
Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.15, s.524-525; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşər Əvəd Maruf
Kitabı yükləmək üçün: ÜNVAN