İmam Malik: Əbu Hənifə dində hiylə işlətdi.

Xətib əl-Bağdadi "Tarix" kitabında yazır:

أنبأنا علي بن محمد المعدل أخبرنا أبو علي بن الصواف أخبرنا عبد الله بن احمد بن حنبل حدثنا منصور بن أبي مزاحم قال سمعت مالك بن أنس وذكر أبا حنيفة فقال كاد الدين كاد الدين

Bizə Əli b. Muhəmməd əl-Muəddəl xəbər verdi, bizə Əbu Əli b. əs-Səvvaf xəbər verdi, bizə Abdullah b. Əhməd b. Hənbəl xəbər verdi, bizə Mənsur b. Əbi Muzahim rəvayət etdi və dedi: İmam Malikin Əbu Hənifə zikr edərkən belə dediyini eşitdim: O, dində hiylə işlətdi, o, dində hiylə işlətdi.

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.13, s.421-422, №34; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut

Onlayn mənbə: shamela, 13/422

Şeyx Bəşər Əvəd Maruf rəvayətin sənədinin "səhih" olduğunu qeyd etmişdir.

 

Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.15, s.552; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşər Əvəd Maruf

Kitabı yükləmək üçün: ÜNVAN

Bu rəvayət həmçinin Əhməd b. Hənbəlin "əl-İləl" kitabında da mövcuddur.

حدثنا منصور بن أبي مزاحم قال سمعت مالك بن أنس ذكر أبا حنيفة فقال كاد الدين كاد الدين

Bizə Mənsur b. Əbi Muzahim rəvayət etdi və dedi: İmam Malikin Əbu Hənifə zikr edərkən belə dediyini eşitdim: O, dində hiylə işlətdi, o, dində hiylə işlətdi.

Əhməd b. Hənbəl, əl-İləl və marifətir-rical, c.3, s.164, №4733; əl-Məktəbə əl-İslami, Dar əl-Xani - Beyrut, ər-Riyad, 1408/1988 təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas

Onlayn mənbə: shamela, 3/164

 

Fotoşəkil: Əhməd b. Hənbəl, əl-İləl və marifətir-rical, c.3, s.164, №4733; Dar əl-Xani - ər-Riyad, 1422/2001 təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas

Kitabı yükləmək üçün: ÜNVAN

أخبرنا بن رزق أخبرنا أبو بكر الشافعي حدثنا جعفر بن محمد بن الحسن القاضي قال سمعت منصور بن أبي مزاحم يقول سمعت مالكا يقول إن أبا حنيفة كاد الدين ومن كاد الدين فليس له دين

Bizə İbn Rəzzaq xəbər verdi, bizə Əbu Bəkr əş-Şafii xəbər verdi, bizə Cəfər b. Muhəmməd b. əl-Həsən əl-Qazi rəvayət etdi və dedi: Eşitdim ki, Mənsur b. Əbi Muzahim dedi: İmam Malikin Əbu Hənifə zikr edərkən belə dediyini eşitdim: O, dində hiylə işlətdi, dində hiylə işlədənin isə dini olmaz.

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.13, s.422, №35; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut

Onlayn mənbə: shamela, 13/422

Şeyx Bəşər Əvəd Maruf rəvayətin sənədinin "səhih" olduğunu qeyd etmişdir.

 

Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.15, s.552; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşər Əvəd Maruf

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе