Əbu İshaq əl-Huveyni "Təhzib Xəsais İmam Əli" kitabında nəql edir:
أخبرنا محمد بن المثنى قال : أخبرنا محمد بن جعفر عن غندر قال : حدثنا شعبة عن عمرو بن مرة عن أبي حمزة عن زيد بن أرقم قال : أول من أسلم مع رسول الله صلى الله عليه وسلم علي ابن أبي طالب رضي الله عنه
Bizə Muhəmməd b. Musənna xəbər verdi və dedi: bizə Muhəmməd b. Cəfər, Ğundərdən rəvayət edərək dedi: bizə Şubə, Əmr b. Murrədən, o da Əbu Həmzədən, o da Zeyd b. Ərqəmdən onun belə dediyini rəvayət etdi: Rəsulullahın (s.ə.a.s) [dəvətinə cavab verərək] İslamı ilk qəbul edən şəxs Əli b. Əbu Talibdir (r.a.).
Əhməd b. Şueyb ən-Nəsai, Xəsais Əmiril-muminin Əli b. Əbu Talib, s.43-44, №3
Onlayn mənbə 1: islamport, 1/43-44
Onlayn mənbə 2: shamela, 1/22
Onlayn mənbə 3: alhawzaonline.com
Onlayn mənbə 4: taghrib.org
Onlayn mənbə 5: alheweny.org (əl-Huveyninin rəsmi saytı)
Sələfi hədisşünas Əbu İshaq əl-Huveyni rəvayətin sənədinin "səhih" olduğunu qeyd etmişdir.
Fotoşəkil: Əbu İshaq əl-Huveyni, Təhzib Xəsais İmam Əli, s.16, №3, Darul-Kutubil-İlmiyyə, Beyrut, 1405/1984
Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2
Digər bir sələfi hədisşünas Əhməd əl-Bəluşi də hədisin səhih olduğunu bildirib.
Fotoşəkil: Əhməd əl-Bəluşi , Xəsais İmam Əli, s.22, №3, Məktəbətul-Məalla, Kuveyt, 1406/1986