Əhməd b. Hənbəl "əl-Musnəd" kitabında yazır:
حدثنا : سليمان بن داود ، حدثنا : أبو عوانة ، عن أبي بلج ، عن عمرو بن ميمون ، عن إبن عباس ، قال : أول من صلى مع النبي (ص) بعد خديجة علي ، وقال مرة : أسلم
Bizə Suleyman b. Davud rəvayət etdi: bizə Əbu Avanə, Əbi Bəlcdən, o da Amr b. Məymundan, o da İbn Abbasdan onun belə dediyini rəvayət etdi: Xədicədən sonra Peyğəmbərlə (s) ilk namaz qılan şəxs Əlidir. Həmçinin deyildi: İslamı ilk qəbul edən şəxs.
Əhməd b. Hənbəl, əl-Musnəd, c.1, s.373, №3532; Dar İhyaut-Turasil-Ərəbi, Beyrut, 1414/1993
Onlayn mənbə 1: islamweb, 1/373, №3532
Onlayn mənbə 2: hadith.al-islam.com, 1/373, №3532
Şeyx Əhməd Şakir hədisin sənədinin "səhih" olduğunu bildirmişdir.
Fotoşəkil: Əhməd b. Hənbəl, əl-Musnəd, c.3, s.476, №3542; Darul-Hədis, Qahirə, 1416/1995; təhqiq: Əhməd Şakir
Kitabı yükləmək üçün: ÜNVAN