Əlini söyən, məni söymüş olar! (əl-Huveyni, əl-Ədəvi və Ümmü Şueyb)

Əbu İshaq əl-Huveyni "Təhzib Xəsais İmam Əli" kitabında yazır:

أخبرنا أحمد بن شعيب ، قال : أخبرنا العباس بن محمد الدوري قال : حدثنا يحيى بن زكريا ، قال : أخبرنا اسرائيل ، عن ابي اسحاق عن ابي عبد الله الجدلي قال : دخلت على ام سلمة فقالت لي : أيسب رسول الله صلى الله عليه وسلم فيكم ؟ قلت : سبحان الله أو معاذ الله . قالت : سمعت رسول الله صلى الله عليه وسلم يقول : من سب عليا فقد سبني

Bizə Əhməd b. Şueyb xəbər verdi və dedi: bizə Abbas b. Muhəmməd əd-Dauri rəvayət etdi və dedi: bizə Yəhya b. Zəkəriyya rəvayət etdi və dedi: bizə İsrail, Əbu İshaqdan rəvayət edi ki, Əbi Abdullah əl-Cədəli belə dedi: "Ümmü Sələmənin yanına gəldim. O məndən: "Aranızda Allahın Rəsulunu (s) söyürlər?",-deyə soruşdu. Mən "SübhanAllah və ya "Allah eləməsin",-dedim. O dedi: "Allahın Rəsulundan (s) belə eşitmişəm: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".

Əhməd b. Şueyb ən-Nəsai, Xəsais Əmiril-muminin Əli b. Əbu Talib, s.99, №86

Onlayn mənbə 1: islamport

Əhməd b. Şueyb ən-Nəsainin "Xəsais Əmiril-muminin Əli b. Əbu Talib" kitabını təhqiq edən Əbu İshaq əl-Huveyni deyib: sənədi səhihdir.

 

Fotoşəkil: Əbu İshaq əl-Huveyni, Təhzib Xəsais İmam Əli, s.79, №86, Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1405 - 1984

Kitabı yükləmək üçün: ÜNVAN1; ÜNVAN2

Şeyx Mustafa əl-Ədəvi bu hədisi özünün "əs-Səhih əl-Müsnəd min Fədail əs-Səhabə" kitabında ən-Nəsainin "Xəsais Əmiril-muminin" əsərindən nəql edir və səhih olduğunu bildirir.

 

Şeyx Mustafa əl-Ədəvi, əs-Səhih əl-Müsnəd min Fədail əs-Səhabə, s.121: Dar ibn Osman, 1416 - 1995

Kitabı yükləmək üçün: ÜNVAN

Şeyx Muqbil b. Hadi əl-Vadinin həyat yoldaşı alimə Ümmü Şueyb əl-Vadiyə bu hədisi ən-Nəsainin "Xəsais Əmiril-muminin" kitabından nəql etmiş və səhih olduğunu bildirmişdir.

 

Ümmü Şueyb əl-Vadiyə, əs-Səhih əl-Müsnəd min Fəzail Əhli-Beyt ən-Nubuvvə, s.39, №41; Dar əl-əsər, 1421 - 2000

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе