Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi haram deyil! (Əbu İshaq əş-Şirazi)

Öz dövründə Bağdad şəhərində şafeilərin ən böyük alimi hesab edilən, “Şeyxul-İmam” və “Şeyxul-İslam” ləqəbli Əbu İshaq İbrahim ibn Əli əş-Şirazi özünün “əl-Muhəzzəb fi fiqhil-İmam əş-Şafei” əsərində deyir:

وإن زنى بامرأة فأتت منه ببينة فقد قال الشافعي رحمه الله: أكره أن يتزوجها فإن تزوجها لم أفسخ فمن أصحابنا من قال: إنما كره خوفاً من أن تكون منه فعلى هذا إن علم قطعاً أنها منه بأن أخبره النبي صلى الله عليه وسلم في زمانه لم تحل له ومنهم من قال: إنما كره ليخرج من الخلاف لأن أبا حنيفة يحرمها فعلى هذا لو تحقق أنها منه لم تحرم وهو الصحيح


Əgər kişi bir qadınla zina edər və o qadın bir dəlil (qız övladı) dünyaya gətirərsə: Şafei – Allah ona rəhmət etsin – demişdir: “Mən kişinin bu qız övladı ilə evlənməsini məkruh bilirəm. Lakin, əgər evlənsə, (nikahı) batil bilmərəm.” Əshabımızdan bəzisi demişdir ki: “Şafei məhz qızın o kişidən ola bilməsindən qorxduğu üçün (bu işi) məkruh bilmişdir.” Bu rəyə əsasən, əgər kişi qəti şəkildə bilsə ki, bu qız uşağı ondandır – məsələn, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) öz zamanında bunu xəbər verərsə – qız kişiyə halal olmaz. Bəzisi də demişdir ki: “Şafei məhz ixtilafdan çıxmaq üçün (ixtilaf yaranmasın deyə) (bu işi) məkruh bilmişdir. Çünki, Əbu Hənifə bu işi haram bilir.” Bu rəyə əsasən də, əgər qəti şəkildə bilinsə ki, qız kişidəndir, qız kişiyə haram olmaz. Səhih olan da budur.

 

Fotoşəkil: Əbu İshaq İbrahim ibn Əli əş-Şirazi, əl-Muhəzzəb fi fiqhil-İmam əş-Şafei, c.2, səh.440; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1416/1995; təhqiq: Zəkəriyya Amirat

Kitabı yükləmək üçün: ÜNVAN

Deməli, Şirazinin nəzərində də məkruhluğun səbəbi məhz ixtilafdır, başqa şey deyil.

Əbu İshaq İbrahim ibn Əli əş-Şirazi kimdir?

Hicri 393-cü ildə İranda anadan olub. Şəmsudin əz-Zəhəbi onu şeyxul-islam, imam, müctehid olaraq vəsf edib. Əlavə məlumat üçün: BAX

 

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

В этом разделе