Böyük şafei alimi, "əş-şafei əs-sağir" (Kiçik Şafei) adı ilə məşhur olan Muhəmməd ibn Əbul-Abbas Əhməd ibn Həmzə ibn Şihabuddin ər-Rəmli digər bir əhli-sünnə alimi olan Nəvəvinin "əl-Minhacut-talibin" kitabına yazdığı şərhdə deyir:
(قلت والمخلوقة من ) ماء ( زناه تحل له ) لأنها أجنبية عنه إذ لا يثبت لها توارث ولا غيره من أحكام النسب و إن أخبره صادق كعيسى صلى الله وعليه وسلم وقت نزوله بأنها من مائه لأن الشرع قطع نسبتها عنه فلا نظر لكونها من ماء سفاح, نعم يكره له نكاحها خروجا من الخلاف.
(Deyirəm: onun zinasın)ın suyun(dan yaranan qız ona halaldır), çünki, bu qız ona yaddır; belə ki, qız üçün irs və s. kimi nəsəb hökmləri sabit olmur. Hətta İsa (sallallahu əleyhi və səlləm) kimi sadiq bir şəxs nüzul etdiyi zaman qızın o kişinin suyundan olduğunu xəbər versə belə (yenə də qız üçün nəsəb sabit olmur). Çünki, şəriət qızın kişiyə nisbətini (ona mənsub olmasını) kəsmişdir (rədd etmişdir), qızın zina suyundan əmələ gəlmiş olmasının bir önəmi yoxdur.1 Bəli, ixtilafdan çəkinmək üçün, kişinin o qızla evlənməsi məkruhdur.
1 Çünki, bu nəzəri inkar edənlər deyirlər ki, qız zinadan əmələ gəlmiş olsa belə, kişinin öz suyundan əmələ gəlmişdir. Odur ki, kişinin onunla evlənməsi düzgün deyildir. Lakin, şafeilər deyirlər ki, xeyr, bu məqamda suyun bir önəmi yoxdur. Müt.
Fotoşəkil: Muhəmməd ibn Əbul-Abbas Əhməd ibn Həmzə ibn Şihabuddin ər-Rəmli, Nihayətul-muhtac ila şərhil-Minhac fil-fiqh əla məzhəbiş-Şafei, c.6, s.272; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1424/2003 (Əli ibn Əli əş-Şəbrəməllisi və Şeyx Əhməd ibn Əbdür-Rəzzaq əl-Məğribinin şərhləri ilə birlikdə)
Kitabı yükləmək üçün: ÜNVAN
Ər-Rəmlinin sonda qeyd etdiyi “Bəli, ixtilafdan çəkinmək üçün, kişinin o qızla evlənməsi məkruh sayılır” sözündən belə başa düşülür ki, məkruhluğun səbəbi bu işin özündə deyildir. Başqa sözlə, bu iş öz-özlüyündə məkruh deyildir, lakin, digər məzhəblər bu məsələdə başqa cür fətva verdikləri üçün, belə bir məqamda ixtilaf yaranmasın deyə (çünki, məsələ bir qədər həssas məsələdir) evlənməkdə məkruhluq vardır. Bu məna İbn Həcər əl-Heytəminin sözündə daha da aşkar ifadə olunmuşdur. O deyir:
نعم يكره له نكاحها للخلاف فيها
“Bəli, bu məsələdə xilaf olduğuna görə, kişinin o qızla evlənməsi məkruh sayılır.”
Ətraflı: Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi barədə əl-Heytəminin fikri
Deməli, məkruhluq işin özündə deyildir, iş öz-özlüyündə mübahdır; əgər insan ixtilaf yaranmayacaq bir yerdə yaşasa və bu işi etsə, heç bir məkruhluq olmayacaq.
P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.