Rəsulullah (s.ə.a.s)-dan sonra onun ailəsinə münasibət haqqında (əl-Hakim və əz-Zəhəbi)

Hakim Nisaburi "Müstədrək əla əs-səhiheyn" kitabında yazır:

حدثنا أبو عبد الله محمد بن يعقوب الحافظ ، ثنا إبراهيم بن عبد الله ، ثنا قريش بن أنس ، عن محمد بن عمرو ، عن أبي سلمة ، عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه وآله وسلم : " خيركم خيركم لأهلي من بعدي ". قال قريش : فحدثني محمد بن عمرو ، عن أبي سلمة بن عبد الرحمن : أن أباه وصى لأمهات المؤمنين بحديقة بيعت بعده بأربعين ألف دينار

Əbu Abdullah Muhəmməd b. Yaqub əl-Hafiz bizə rəvayət etdi, İbrahim b. Abdullah bizə rəvayət etdi, Qureyş b. Ənəs bizə Muhəmməd b. Əmrdən, o da Əbi Sələmədən, o da Əbu Hureyrədən onun belə dediyini rəvayət edib: Rəsulullah (s) buyurdu: "Sizin ən xeyirliniz məndən sonra ailəmə qarşı ən yaxşı davrananızdır." ....

əl-Hakim ən-Nisaburi dedi:

هذا حديث صحيح على شرط مسلم ، ولم يخرجاه وله شاهد صحيح على شرط الشيخين

Bu hədis Müslimin şərtlərinə əsasən səhihdir, lakin (əl-Buxari və Müslim) təxric etməyiblər. Onun şeyxeynin (əl-Buxari və Müslimin) şərtləri ilə səhih olan şahidi vardır.

"əl-Müstədrək əla əs-səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində 5359 nömrəli haşiyədə deyilir:

تعليق الذهبي قي التلخيص : على شرط مسلم

əz-Zəhəbi "ət-Təlxis"də deyib: Müslimin şərtlərinə əsasən.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.352, №5359; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1411/1990

Onlayn mənbə 1: islamport, 4/475-476, №5359

Onlayn mənbə 2: islamport, 3/352, №5359

Onlayn mənbə 3: islamweb, 4/369, №5410

Onlayn mənbə 4: kl28.com, №5359

Onlayn mənbə 5: mekkaoui.net

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.352, №5359; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdul-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN


 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.382, №5426; Darul-Hərameyn, Qahirə, 1417/1997; təhqiq: Muqbil b. Hadi əl-Vadei

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе