Qəlbində Ali-Muhəmmədə nifrəti olaraq dünyadan köçən şəxsin aqibəti (əl-Heysəmi əl-Məkki)

İbn Həcər əl-Heytəmi əl-Məkki "Səvaiqul-muhriqə" kitabında yazır:

وصح أنه قال يا بني عبد المطلب إني سألت الله لكم ثلاثا أن يثبت قائمكم وأن يهدي ضالكم وأن يعلم جاهلكم وسألت الله أن يجعلكم كرماء نجباد رحماء فلو أن رجلا صفن أي من الصفن وهو صف القدمين بين الركن والمقام فصلى وصام ثم لقي الله وهو يبغض آل بيت محمد دخل النار

Səhih olaraq rəvayət edilmişdir ki, O [Peyğəmbər (s)], buyurub: Ey Əbdül-Muttəlib oğulları! Sizin üçün Allahdan üç şey dilədim: İş başında olmağınızı şahid qılmasını, sapıqlıqlardan hidayət etməsini, cahilinizə elm öyrətməsini, yenə Allahdan sizi comərd, fəzilətli, şəfqətli qılmasını dilədim. Əgər kimsə (Kəbədəki) rükn ilə məqam deyilən yerdə ayaqlarını bitişdirib namaz qılsa, oruc tutsa, lakin Muhəmmədin (s) ailəsinə qarşı nifrəti, kin-küdurəti olaraq dünyadan köçsə, cəhənnəmə daxil olar.

İbn Həcər əl-Heytəmi əl-Məkki, əs-Səvaiqul-muhriqə, c.2, s.688; Muəssəsətur-risalə - Beyrut, 1997; təhqiq: Əbdür-Rəhman b. Abdullah ət-Turki və Kamil Muhəmməd əl-Xərrat

Onlayn mənbə 1: islamport, 2/688

Onlayn mənbə 2: shamela, 2/688

Onlayn mənbə 3: islamicbook.ws

 

İbn Həcər əl-Heytəmi əl-Məkki, əs-Səvaiqul-muhriqə, s.335; 1424/2003; Həqiqət kitab evi - Türkiyə

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе