Hakim ən-Nisaburi "Müstədrək əla əs-səhiheyn" kitabında yazır:
حدثنا أبو جعفر أحمد بن عبيد بن إبراهيم الحافظ الأسدي ، بهمدان ، ثنا إبراهيم بن الحسين بن ديزيل ، ثنا إسماعيل بن أبي أويس ، ثنا أبي ، عن حميد بن قيس المكي ، عن عطاء بن أبي رباح ، وغيره من أصحاب ابن عباس ، عن عبد الله بن عباس - رضي الله عنهما - ، أن رسول الله - صلى الله عليه وآله وسلم - قال : يا بني عبد المطلب ، إني سألت الله لكم ثلاثا : أن يثبت قائمكم ، وأن يهدي ضالكم ، وأن يعلم جاهلكم ، وسألت الله أن يجعلكم جوداء نجداء رحماء ، فلو أن رجلا صفن بين الركن والمقام فصلى ، وصام ثم لقي الله وهو مبغض لأهل بيت محمد دخل النار
Əbu Cəfər Əhməd b. Ubeyd b. İbrahim əl-Hafiz əl-Əsədi bizə rəvayət etdi, İbrahim b. əl-Huseyn Dizil bizə rəvayət etdi, İsmayıl b. Əbi Uveys bizə rəvayət etdi (və dedi:), atam bizə Humeyd b. Qeys əl-Məkkidən, o da Ata b. Əbi Rəbahdan və İbn Abbasın digər əshabından, onlar da Abdullah b. Abbasdan rəvayət etdilər ki, Rəsulullah (s) dedi: Ey Əbdül-Muttəlib oğulları! Sizin üçün Allahdan üç şey dilədim: İş başında olmağınızı şahid qılmasını, sapıqlıqlardan hidayət etməsini, cahilinizə elm öyrətməsini, yenə Allahdan sizi comərd, fəzilətli, şəfqətli qılmasını dilədim. Əgər kimsə (Kəbədəki) rükn ilə məqam deyilən yerdə ayaqlarını bitişdirib namaz qılsa, oruc tutsa, lakin Muhəmmədin (s) ailəsinə qarşı nifrəti, kin-küdurəti olaraq dünyadan köçsə, cəhənnəmə daxil olar.
Hakim ən-Nisaburi hədisdən sonra deyib:
هذا حديث حسن صحيح على شرط مسلم و لم يخرجاه
Bu hədis Müslimin şərtlərinə əsasən həsən səhihdir, lakin o təxric etməmişdir.
"əl-Müstədrək əla əs-səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində 4712 nömrəli haşiyədə deyilir:
تعليق الذهبي قي التلخيص : على شرط مسلم
əz-Zəhəbi "ət-Təlxis"də deyib: Müslimin şərtlərinə əsasən.
əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.161, №4712; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1411/1990
Onlayn mənbə 1: islamport, 4/250, №4712
Onlayn mənbə 2: islamport, 3/161, №4712
Onlayn mənbə 3: islamweb, 4/129-130, №4766
Onlayn mənbə 4: kl28.com, №4712
Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.161, №4712; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdul-Qadir Ata
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.174, №4775; Darul-Hərameyn, Qahirə, 1417/1997; təhqiq: Muqbil b. Hadi əl-Vadei
Kitabı yükləmək üçün: ÜNVAN