Allahın, Hz.Muhəmməd (s.ə.a.s) və Nəbilərin (ə.s) lənətinə kimlər gələcək? (ət-Tirmizi)

Əbu İsa ət-Tirmizi "əl-Cami əs-Səhih" kitabında nəql edir:

حدثنا قتيبة حدثنا عبد الرحمن بن زيد بن أبي الموالي المزني عن عبيد الله بن عبد الرحمن بن موهب عن عمرة عن عائشة قالت قال رسول الله صلى الله عليه وسلم ستة لعنتهم ولعنهم الله وكل نبي كان الزائد في كتاب الله والمكذب بقدر الله والمتسلط بالجبروت ليعز بذلك من أذل الله ويذل من أعز الله والمستحل لحرم الله والمستحل من عترتي ما حرم الله والتارك لسنتي قال أبو عيسى هكذا روى عبد الرحمن بن أبي الموالي هذا الحديث عن عبيد الله بن عبد الرحمن بن موهب عن عمرة عن عائشة عن النبي صلى الله عليه وسلم ورواه سفيان الثوري وحفص بن غياث وغير واحد عن عبيد الله بن عبد الرحمن بن موهب عن علي بن حسين عن النبي صلى الله عليه وسلم مرسلا وهذا أصح

Quteybə bizə rəvayət etdi, Əbdür-Rəhman b. Zeyd b. Əbi Məvali əl-Muzəni bizə Ubeydullah b. Əbdür-Rəhman b. Məvhibdən, o da Amrədən, o da Aişədən rəvayət etdi ki, Rəsulullah (s.ə.s) buyurdu: Altı qrup insan var ki, mən, Allah və bütün Nəbilər onlara lənət etmişdir: Allahın kitabına əlavə edənlər, Allahın qəza və qədərini təkzib edənlər, Allahın alçaltdıqlarını yüksəldən və yüksəltdiyini alçaldanlar, Allahın haram etdiklərini halal sayanlar, İtrətim haqqında Allahın haram etdiyini özlərinə halal sayanlar və sünnəmi tərk edənlər.

Eyni şəkildə Əbdür-Rəhman b. Əbi əl-Məvalidən də bu hədis rəvayət edilmişdir. Həmçinin bu hədis Ubeydullah b. Əbdür-Rəhman b. Məvhibdən, Amrədən və Aişədən rəvayət edilmişdir. Süfyan əs-Səuri, Həfs b. Ğiyas və bir çox adam bu hədisi Ubeydullah b. Əbdür-Rəhman b. Məvhibdən, Əli b. Hüseyndən mürsəl olaraq rəvayət etmişlər və bu rəvayət daha səhihdir.

Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.4, s.397-398, №2154

Onlayn mənbə 1: islamweb, 4/397-398, №2154

Onlayn mənbə 2: hadith.al-islam, 4/397-398, №2154

Onlayn mənbə 3: wikisource, №2154

 

Fotoşəkil: Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.4, s.457, h.2154; Mətbəə Mustafa əl-Babi əl-Hələbi, Misir, 1397/1977; təhqiq: Əhməd Şakir və digərləri

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе