Əhli-sünnə alimi Muhəmməd ibn Yusuif əz-Zərəndi əl-Hənəfi yazır:
ونقل الإمام أبو الفرج ابن الجوزي في كتاب التبصرة عن ابن سيرين قال: لما قتل الحسين أظلمت الدنيا ثلاثة أيام ثم ظهرت هذه الحمرة في السماء. وقال أبو سعيد ما رفع حجر في الدنيا لما قتل الحسين إلا وتحته دم عبيط، ولقد مطرت السماء دماً بقي أثره في الثياب مدة حتى تقطعت. وقال سليم القاضي لما قتل الحسين مطرنا دما. وقال السدي: لما قتل الحسين بكت السماء وبكاؤها حمرتها. قال الشيخ أبو الفرج ابن الجوزي: كان الغضبان يحمر وجهه عند الغضب فيستدل على غضبه وهو إمارة الشخص، الحق سبحانه وتعالى ليس بجسم فأظهر تأثير عظمته على من قتل الحسين بحمرة الأفق وذلك دليل على عظيم الجناية. وقال أيضا: لما أسر العباس يوم بدر سمع النبي أنينه فما نام تلك الليلة، وكيف لو سمع أنين الحسين. وقال: لما أسلم وحشي قاتل حمزة قال له النبي: غيب وجهك عني فاني لا أحب من قتل الأحبة، قال: وهذا والإسلام يجب ما قبله فكيف يقدر الرسول أن يرى من ذبح الحسين، أو أمر بقتله وحمل أهله على أقتاب الجمال.
İmam Əbülfərəc ibn əl-Cəuzi “Ət-Təbsirə” kitabında İbn Sirindən belə nəql etmişdir: Hüseyn qətlə yetirildikdən sonra dünya üç gün qaranlığa qərq oldu. Sonra göydə qırmızılıq peyda oldu.
Əbu Səid deyir ki, Hüseyn öldürülən vaxt dünyanın harasında bir daşı qaldırırdılarsa, altından təzə qan axırdı. O gün səmadan qan yağmışdı. O qan hansı paltarın üstünə düşmüşdüsə, paltar cırılıb aradan gedənə qədər ləkə onun üstündə qalmışdı.
Səlim əl-Qazı deyir: Hüseyn qətlə yetirildikdə səmadan qan yağdı.
Suddi deyir: Hüseyn qətlə yetirildikdə səma ağladı. Səmanın ağlaması qırmızı rəngdə olur.
Şeyx Əbülfərəc ibn əl-Cəuzi deyir: İnsan əsəbiləşdiyi vaxt üzü qızarır və bununla onun əsəbiləşdiyi bilinir. Qırmızılıq insanın əsəbiləşməyinin əlamətidir. Allah-taala isə cism olmadığı üçün Onun Hüseynin qatillərinə qarşı qəzəblənməsinin əlaməti üfüqün qırmızılaşması şəklində təzahür etmişdir. Bu hadisə cinayətin nə qədər böyük olduğunu göstərir.
Həmçinin deyir: Bədr günü Abbas əsir düşdükdə, Peyğəmbər onun iniltisini eşitdi və o gecəni yata bilmədi. Elə isə gör Peyğəmbər Hüseynin iniltisini eşitsəydi nə olardı.
Həmçinin deyir: Həmzənin qatili Vəhşi müsəlman olduqda Peyğəmbər ona dedi: “Üzünü məndən gizlət (gözümə görünmə). Mən sevimli şəxsləri qətlə yetirən kəsləri sevmirəm.” Düşünün; İslamı qəbul etmək keçmiş günahları sildiyi halda Peyğəmbər Vəhşiyə belə deyir. Elə isə Peyğəmbər Hüseynin başını kəsən, yaxud onun ölümünə fərman verən və onun ailəsini dəvələrin belinə mindirən şəxsi görməyə necə təhəmmül edə bilər?!
Muhəmməd ibn Yusuif əz-Zərəndi əl-Hənəfi, “Nuzum durərus-simteyn”, səh.280-281; “Daru-ihyait-turasil-ərəbi” – Beyrut, 2004