Aşura günü Günəşin tutulması (ən-Nəvəvi)

Əhli-sünnə alimi Muhyiddin ən-Nəvəvi yazır:

اعترضت طائفة على قول الشافعي : اجتمع عيد وكسوف ، وقالت : هذا محال ، فإن الكسوف لا يقع إلا في الثامن والعشرين ، أو التاسع والعشرين فأجاب الأصحاب بأجوبة . أحدها : أن هذا قول المنجمين ، وأما نحن ، فنجوز الكسوف في غيرهما ، فإن الله تعالى على كل شيء قدير . وقد نقل مثل ذلك ، فقد صح أن الشمس كسفت يوم مات إبراهيم ابن رسول الله - صلى الله عليه وسلم - ، وروى الزبير بن بكار في ( الأنساب ) : أنه توفي في العاشر من شهر ربيع الأول . وروى البيهقي مثله عن الواقدي . وكذا اشتهر أن قتل الحسين - رضي الله عنه - كان يوم عاشوراء . وروى البيهقي عن أبي قبيل أنه لما قتل الحسين ، كسفت الشمس .

Bir qrup şəxs Şafeinin “(qurban) bayram(ı) ilə eyni vaxtda günəş tutulması baş versə…” sözünə etiraz edərək demişlər: Bu, mümkünsüzdür. Çünki günəş tutulması yalnız ayın 28-ci və ya 29-cu günündə baş verə bilər.

Şafeinin əshabı buna bir neçə cavab vermişlər. Onlardan biri belədir: Bu, astronomların sözüdür. Biz deyirik ki, sözügedən müddətdən başqa vaxtlarda da günəş tutulması baş verə bilər; çünki Allah-taala hər bir şeyə qadirdir. Belə bir şey rəvayətdə də gəlmişdir. Məsələn, səhih hədisdə Peyğəmbərin övladı İbrahimin vəfat etdiyi gündə günəş tutulması baş verdiyi bildirilir. Zübeyr ibn Bəkkar “Əl-Ənsab” kitabında nəql edir ki, İbrahim Rəbiul-əvvəl ayının 10-cu günündə vəfat etmişdir. Beyhəqi də Vaqididən belə nəql etmişdir. Eləcə də, Hüseynin Məhərrəm ayının 10-cu günündə qətlə yetirilməsi məşhurdur, Beyhəqi də həmin gündə günəş tutulması baş verdiyini nəql etmişdir.

 

Muhyiddin ən-Nəvəvi, Ravdatut-talibin və umdətul-müftin, c.2, s.88; “Məktəbətul-İslami” – Beyrut, 1412/1991; təhqiq: Zuheyr əş-Şaviş

В этом разделе