Aşura günü baş verən qəribə hadisələr (Cəmaluddin əl-Mizzi)

“Təhzib əl-kəmal fi əsma ər-rical” kitabının müəllifi, böyük hafiz Cəmaluddin əl-Mizzi kitabının 6-cı cildində, səhifə 434-435-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə cild 3, səhifə 678-də) deyir:

 

وَقَال عَبَّاس بْن مُحَمَّد الدوري، عَنْ يحيى بْن مَعِين: حَدَّثَنَا جرير، عن يزيد بْن أَبي زياد، قال: قتل الحسين ولي أربع عشرةسنة، وصار الورس الذي كَانَ في عسكرهم رمادا واحمرت آفاق السماء ونحروا ناقة في عسكرهم فكانوا يرون في لحمها النيران.

Abbas ibn Muhəmməd əd-Duri, Yəhya ibn Məindən rəvayət edərək dedi: Cərir bizə Yəzid ibn Əbi Ziyaddan nəql edərək dedi: “Hüseyn qətlə yetirildiyi zaman mənim on dörd yaşım var idi. (O qətlə yetirildiyi zaman) onların (qatillərin) düşərgələrində olan “virs” gülü külə döndü, göy üzü qırmızı oldu. Onlar (qatillər) öz düşərgələrində bir dəvə kəsdilər. Lakin dəvənin ətindən od çıxdığını görürdülər.”

 

 

 

В этом разделе