Sələfilərin Allahı gülür, özü də həqiqi mənada... (Abdullah əl-Ğuneyman)

Müasir sələfi alimlərindən olan Abdullah ibn Muhəmməd əl-Ğuneyman (Mədinə İslam Universitetində yüksək araşdırmalar bölməsinin rəhbəri) “Şərhu kitab ət-Tauhid min kitab Səhih əl-Buxari” (Səhihi-Buxari kitabının tövhid bölməsinin şərhi) kitabında, c.2, səh.89-da deyir:

قوله: (( حتى يضحك الله منه )) صفة الضحك تكاثرت عليها الأدلة، وهي صفة من صفات الفعل، يجب الإيمان بها على ظاهر ما دلت عليه النصوص، ولا يجوز تأويل الضحك بلازمه، كما يقوله أهل الباطل، من الجهمية ومن سار على نهجهم، من أن الضحك هو الرضا أوالعطا، ونحو ذلك مما هو من مخلوقات الله - تعالى -.
قال أبو سعيد الدرامي - رحمه الله -: [ وادعى المعارض أن ضحك الرب: رضاه ورحمته، وصفحه عن الذنوب، كقولك: رأيت زرعاً يضحك
.
فيقال له: كذبت بأحاديث رسول الله - صلى الله عليه وسلم الله عليه وسلم - إذ شبهت ضحكه بضحك الزرع؛

Hədisdəki "nəhayət Allah ona gülər" sözünə gəlincə: gülmək sifəti barədə çoxlu dəlillər vardır. O, feli sifətlərdən biridir. Ona hədislərin dəlalət etdikləri zahiri mənada iman gətirmək lazımdır. Onu təvil etmək caiz deyil. Necə ki, cəhmiyyələr və onların yolu ilə gedən batil əhli belə demişlər və bildirmişlər ki, “gülmək” razılıq, əta etmək və s. bu kimi Allahın məxluqatı olan şeylərdir.

Əbu Səid əd-Darəmi rəhiməhullah demişdir: "Müxalif iddia etmişdir ki, Rəbbin gülməsi Onun razılığı, rəhməti və günahlardan keçməsi  mənasındadır. Necə ki, deyirlər: "Bir məhsul gördüm ki, gülürdü."

Ona deyilər ki: "Sən Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) hədislərini təkzib etdin. Belə ki, Allahın gülməyini məhsulun gülməyinə bənzətdin..."

Sonra Əbu Səid əd-Darəminin belə dedyini yazır:

ولم نسمع عن أحد من أهل السنة أنه يشبه ضحك الله - تعالى - أو شيئاً من أفعاله بشيء من فعل المخلوقين، كما ادعيت أيها المعارض.
بل نقول: إن الله - تعالى - يضحك كما يشاء، وكما يليق به.

Biz əhli-sünnədən olan bir kəs barəsində eşitməmişik ki, sənin iddia etdiyin kimi, Allahu-təalanın gülməyini və ya Onun feillərindən birini Onun məxluqatının feillərindən bir şeyə bənzətsin, ey müxalif!

Əksinə, deyirik ki: "Allahu-təala istədiyi kimi və Ona yaraşar şəkildə gülər!"

 

Fotoşəkil: Şeyx Abdullah əl-Ğuneyman, Şərhu kitab ət-Tauhid min kitab Səhih əl-Buxari, c.2, səh.89; Dar əl-Asimə, Riyad, Səudiyyə Ərəbistanı, 1422/2001

В этом разделе