“Məcmu əl-Fətava” kitabında əl-Useyminin bir hədisə şərh verərək deyir:
والإصبع إصبع حقيقي يليق بالله - عز وجل -؛ كاليد، وليس المراد بقوله: (على إصبع) سهولة التصرف في السماوات والأرض، كما يقوله أهل التحريف، بل هذا خطأ مخالف لظاهر اللفظ والتقسيم، ولأنه صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أثبت ذلك بإقراره؛ ولقوله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: « (إن قلوب بني آدم بين أصبعين من أصابع الرحمن) » .
Barmaq həqiqi və Allaha yaraşan bir barmaqdır, eyniylə əl kimi. Hədisdəki “barmaq üstə” sözündən məqsəd təhrif əhlinin dediyi kimi “səmalarda və yerdə asanlıqla təsərrüf etmək1” mənası deyildir. Xeyr, bu, yanlışdır və sözürün zahirinə müxalifdir. Çünki Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) öz təsdiqi ilə bunu sabit etmişdir, habelə bu sözü ilə sabit etmişdir: “Adəm övladlarının qəlbləri Rəhmanın barmaqlarından iki barmağın arasındadır”.
1 Təsərrüf etmək: təsir qoymaq, istədiyi şəkildə istifadə etmək. (Müt.)
Fotoşəkil: Muhəmməd ibn Salih əl-Useymin, Məcmu əl-fətava, c.9 və 10 (bir kitabda), səh.1116; nəşr: Dar əl-Vətən, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998; təhqiq: Fəhd ibn Nasir ibn İbrahim əs-Suleyman
Əl, ovuc, barmaq... Elə isə daha nə qaldı? Əgər bu təcsim deyilsə, o zaman təcsim nədir?