Şeyx Muhəmməd b. əl-Useymin "Şərh əl-əqidə əl-vasitiyyə" kitabında yazır:
فنقول: ماذا تريدون بالجسم؟ أتريدون أنه جسم مركب من عظم ولحم وجلد ونحو ذلك؟ فهذا باطل ومنتف عن الله، لأن الله ليس كمثله شيء وهو السميع البصير. أم تريدون بالجسم ما هو قائم بنفسه متصف بما يليق به؟ فهذا حق من حيث المعنى، لكن لا نطلق لفظه نفياً ولا إثباتاً، لما سبق
(Biz) Deyirik: Cisim dedikdə nəyi nəzərdə tutursunuz? Sümük, ət, dəri və bu kimi şeylərdən ibarət cismi nəzərdə tutursunuz? Bu batildir və Allah haqqında (bunu söyləmək) inkar olunacaq bir şeydir. Çünki Allaha bənzər bir şey yoxdur o, eşidən və görəndir. Yoxsa özü-özünə mövcud olan və özünə layiq xüsusiyyətlərə malik olan cismi nəzərdə tutursunuz? Məna baxımından bu doğrudur. Lakin biz bunu əvvəldə dediyimiz (yəni, bu barədə dəlilimiz olmadığı üçün) səbəbinə nə inkar etmirik, nədə ki, isbat.
Fotoşəkil: Şeyx Muhəmməd b. əl-Useymin, Şərh əl-əqidə əl-vasitiyyə, c.1, s.394; Dar ibn əl-Cəuzi, əd-Dəmmam, Səudiyyə Ərəbistanı, 1421/2001; təhqiq: Sad b. Fəvaz əs-Sumeyl
Növbəti səhifələrdə deyir:
وأما أدلة نفاة الرؤية العقليه؛ فقالوا : لو كان الله يُرى؛ لزم أن يكون جسماً، والجسم ممتنع على الله تعالى ؛ لأنه يستلزم التشبيه والتمثيل
والرد عليهم : أنه إن كان يلزم من رؤية الله تعالى أن يكون جسماً؛ فليكن ذلك ، لكننا نعلم علم اليقين أنه لا يماثل أجسام المخلوقين؛ لأن الله تعالى يقول: ( لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ) (الشورى: من الآية 11)
Allahı görməyi nəfy edənlərin əqli dəlillərinə gəlincə onlar deyirlər: "Əgər ALlah göz ilə görülsə, cism olmağı lazımdır. Cism olması da Allah haqqında mümkün deyil. Çünki bu təşbihi və təmsili gərəktirir."
Onlara cavab odur ki, Əgər Allahı görmək üçün Onun cism olmağı lazımdırsa, qoy olsun! Lakin biz yəqin bir elmlə bilirik ki, O, məxluqların cisminə bənzəmir. Çünki Allah buyurur: "Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir!"
Fotoşəkil: Şeyx Muhəmməd b. əl-Useymin, Şərh əl-əqidə əl-vasitiyyə, c.1, s.458; Dar ibn əl-Cəuzi, əd-Dəmmam, Səudiyyə Ərəbistanı, 1421/2001; təhqiq: Sad b. Fəvaz əs-Sumeyl
Kitabı yükləmək üçün: ÜNVAN
Xülasə:
Vəhhabilərin mə`budu özü-özünə mövcud olan və özünə layiq xarakterizə olan cisimdir. Lakin əllərində dəlil olmadığından açıq aydın "Mə`budumuz cisimdir" deməyə qorxurlar.
Sual:
Cisim sözünü dəlil olmadığı üçün işlətməyə qorxursunuz bəs Allahın zatı ilə ərşə ucalması məsələsində məhz "Zat" sözünü hansı nəqli dəlilə əsasən işlədirsiniz? Axi nə Quranda, nədə ki hədislərdə bu gəlməyib!
Qubavi adlı istifadəçinin vəhabilərə cavabı:
Bu adamın sözlərindəki təcsim əqidəsini malalamaq istəyən "elm tələbələri"nin adətləri üzərə göz boyamamaları üçün kiçik bir açıqlama verək.
Ola bilsin bu adı tələbə olanlar desinlər ki şeyx burda onu qəsd edir ki, Allahı görmək cism olmasını gərəktirmir. Necə ki İmam Şafi bir zamanlar "Əgər Əhli Beyti sevmək rafizilikdirsə mən rafiziyəm demişdir".
Bu zəlalət şübhəsinə cavabən deyirik ki: "Əsla! İbnu Useymin sözünün sonunda "Lakin biz yəqin bir elmlə bilirik ki, o məxluqatın cismləriylə bir deyil" deyir. Yəni, cism olsa da məxluqatın cismi ilə bir olmadığı üçün problem yoxdur. Məlum göz boyama qaydası.
Biz daima deyirik ki, bu insanların əqidəsi təcsim üzərə qurulub. Bunların Əhli-Sünnədən zərrə qədər nəsibləri yoxdur. Səmimi müsəlmanları bu cür yazarların kitablarından uzaq durmağa çağırırıq.