Peyğəmbər (s) cənnətin qapısını döyəcək, içəri daxil olub Rəbbini kürsi üzərində görəcək!

Əbu Səid Osman ibn Səid əd-Darəmi "ər-Rədd əla əl-cəhmiyyə" kitabında yazır:

حدثنا موسى بن إسماعيل حدثنا حماد يعني ابن سلمة عن علي بن زيد عن أبي نضرة قال خطبنا ابن عباس على هذا المنبر بالبصرة فقال قال رسول الله ما من نبي إلا له دعوة تعجلها في الدنيا وإني اختبأت دعوتي شفاعة لأمتي يوم القيامة وأنا سيد ولد آدم ولا فخر وأول من تنشق عنه الأرض ولا فخر وبيدي لواء الحمد ولا فخر وآدم ومن دونه تحت لوائي ولا فخر قال رسول الله فيطول ذلك اليوم على الناس فيقول بعضهم لبعض انطلقوا بنا إلى آدم أبي البشر فليشفع لنا إلى ربنا

وساق الحديث إلى قوله فآتي باب الجنة فآخذ بحلقة الباب فأقرع الباب فيقال من أنت فأقول أنا محمد فيفتح الباب فآتي ربي وهو عل كرسيه أو على سريره فيتجلى لي ربي فأخر له ساجدا وساق أبو سلمة الحديث بطوله إلى آخره

Bizə Musa ibn İsmayıl nəql edib dedi: bizə Həmmad, yəni: İbn Sələmə, Əli ibn Zeyddən, o da Əbi Nəzrədən nəql edib dedi: Bəsrədə bu minbərin üstündən İbn Abbas bizə xütbə edib dedi: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Elə bir peyğəmbər yoxdur ki, vaxtından tez bu dünyada etmiş olduğu bir duası olmasın (Yəni, bütün peyğəmbərlər əsas dualarını vaxtından tez bu dünyada etmişlər. - Müt.), lakin mən öz duamı ümmətimə şəfaət olaraq qiyamət gününə saxlamışam. Mən Adəm övladlarının ağasıyam, lakin fəxr (lovğalıq) etmirəm. Mən qəbrdən çıxacaq ilk şəxsəm, lakin fəxr (lovğalıq) etmirəm. Həmd bayrağı mənim əlimdə olacaq, lakin fəxr (lovğalıq) etmirəm. Adəm və bütün insanlar mənim bayrağım altında olacaqlar, lakin fəxr (lovğalıq) etmirəm.” (Sonra) Allah Rəsulu buyurdu: Həmin gün insan üçün çox uzun olacaq. Onlar bir-birlərinə deyəcəklər: “Gəlin, bəşərin atası Adəmin yanına gedək, qoy Rəbbimizin yanında bizə şəfaət etsin.”

Sonra hədisin ardını qeyd edir və bura çatır: “Cənnətin qapısına gəlib qapının həlqəsindən yapışacağam və qapını döyəcəyəm. Deyiləcək: “Kimsən?” Deyəcəyəm ki: “Mən Muhəmmədəm.” Bu zaman qapı açılacaq və mən Rəbbimin huzuruna gələcəyəm. O (Rəbbim) bu zaman Öz kürsisinin və ya taxtının üstündə olacaqdır. Rəbbim mənim üçün təcəlli edəcək (onu aydın şəkildə görəcəyəm) və mən Onun qarşısında səcdəyə qapanacağam”.

Əbu Sələmə bu hədisi sonuna qədər nəql etmişdir.22

Mühəqqiq Bədr əl-Bədr 22 nömrəli haşiyədə yazır:

22Bu hədisi Əhməd ibn Hənbəl (1/281-282, 295-296) müxtəlif sənədlərlə geniş şəkildə Həmmaddan nəql etmişdir. Həmçinin əs-Suyuti "əl-Xəsais"də (2/228) Əbu Yaləyə nisbət verərək nəql etmişdir. Həmçinin əl-Heysəmi bu hədisi "əl-Məcma əz-Zəvaid" əsərində (c.10, səh. 372-373) nəql emiş və demişdir: "Hədisin sənədində Əli ibn Zeyd ibn Cədan adlı ravi var və bu şəxs "zəif" ravi olmasına baxmayaraq, hədisin sənədində yer alan digər ravilərin hamısı "əs-Səhih"in raviləridirlər.

Mən (kitabın mühəqqiqi) deyirəm: "ət-Təqrib" əsərində (r.4734) də həmin ravi "zəif" kimi xarakterizə olunub. "ət-Təhzib"ə baxsan (c.8, səh 322-324), həmin ravinin zəifliyi barəsində çoxlu rəyləri görə biləcəksən, amma hədisin mətni səhihdir, "Səhih əl-Buxari" və "Səhih Müslim"in hər ikisində və ya heç olmasa birində hədis "səhih" hədis kimi qəbul edilib."

Əbu Səid Osman ibn Səid əd-Darəmi, ər-Rədd əla əl-cəhmiyyə,  s.113, h.184, Dar İbn əl-Əsir, Kuveyt, 1415/1995

Onlayn mənbə 1: islamport, 1/113
Onlayn mənbə 2: kl28.com

 

Fotoşəkil: Əbu Səid Osman ibn Səid Darəmi, ər-Rədd əla əl-cəhmiyyə,  s.96, h.184, Dar əs-Sələfiyyə, Kuveyt, 1405/1985; təhqiq: Bədr əl-Bədr

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе