Sələfi alimi Muhəmməd əs-Səvyani yazır:
حدثنا عفان، حدثنا حماد بن سلمة، عن ثابت عن كنانة بن نعيم عن أبي برزة الأسلمى: أن جليبيبا كان امرأ يدخل على النساء، يمر بهن ويلاعبهن، فقلت لامرأتي: لا يدخلن عليكم جليبيب، فإنه إن دخل عليكم لأفعلن ولأفعلن
Bizə Əhməd ibn Abdullah əl-Salihi xəbər verib dedi: bizə Əbu Ömər Bəkr ibn Muhəmməd əl-Muzəni xəbər verib dedi: bizə Əbu Bəkr Muhəmməd ibn Abdullah əl-Həfid xəbər verib dedi: bizə Əbu Əli əl-Hüseyn ibn əl-Fədl əl-Bəcli xəbər verib dedi: bizə Əffan xəbər verib dedi: Həmmad bizə Sabitdən, o da Kinanə ibn Nueym əl-Ədəvidən, o da Əbi Bərzə əl-Əsləmidən rəvayət edərək dedi:
“Cüleybib qadınların arasına daxil olan (onların məclislərinə və ya oturduqları yerlərə girən); onların arasından keçib onlarla oynayan bir şəxs idi. Mən öz xanımıma dedim: “Cüleybib sizin yanınıza gəlməsin, əgər gəlsə, mən belə-belə edəcəyəm.”
Muhəmməd əs-Səvyani hədis barədə deyir:
سنده صحيح
Sənədi səhihdir.
Fotoşəkil: Muhəmməd əs-Səvyani, "əs-Səhih min əhadisis-sirətin-nəbəviyyə", səh.302-303; “Mədarul-vətən”, ər-Riyad, 1432/2011