Camaat namazında qadınlara baxan səhabələr haqqında ayə (İbn Macə)

İbn Macə "əs-Sünən" kitabında yazır:

حدثنا حميد بن مسعدة وأبو بكر بن خلاد قالا حدثنا نوح بن قيس حدثنا عمرو ابن مالك عن أبي الجوزاء عن ابن عباس قال كانت امرأة تصلي خلف النبي صلى الله عليه وسلم حسناء من أحسن الناس فكان بعض القوم يستقدم في الصف الأول لئلا يراها ويستأخر بعضهم حتى يكون في الصف المؤخر فإذا ركع قال هكذا ينظر من تحت إبطه فأنزل الله ( ولقد علمنا المستقدمين منكم ولقد علمنا المستأخرين ) في شأنها

Bizə Humeyd b. Məsadə və Əbu Bəkr b. Xəllad rəvayət edib dedilər ki, bizə Nuh b. Qeys rəvayət etdi (və dedi ki), bizə Amr b. Malik, Əbi Cəvzadan, o da İbn Abbasdan rəvayət etdi: "Bir gözəl qadın Peyğəmbərin (s) arxasında namaz qılardı. Müsəlmanlardan bə`ziləri onu görməmək üçün qabaq sıralarda namaz qılırdılar. Bə`ziləri isə əksinə arxa sırada namaz qılmağa çalışırdılar ki, ruku edəndə qoltuqlarının altından ona baxsınlar. Bu səbəbə Allah bu ayəni nazil etdi: "Sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.""

İbn Macə, əs-Sünən, №1046; əl-Məktəbə əl-İlmiyyə

Onlayn mənbə 1: hadith.al-islam.com

Onlayn mənbə 2: islamweb

Onlayn mənbə 3: shamela

Onlayn mənbə 4: alalbany.net (№858)

Şeyx Nasiruddin əl-Albani "Səhih Sünən ibn Macə" kitabında bu hədisin səhih olduğunu bildirmişdir.

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ibn Macə, c.1, s.309-310, №865; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1417/1997; təhqiq: Şeyx Nasiruddin əl-Albani

Kitabı yükləmək üçün: ÜNVAN


 

Fotoşəkil: İbn Macə, əs-Sünən, s.188, №1046; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе