Əbu Nuəym əl-İsfahani əş-Şafei "Marifətis-səhabə" kitabında yazır:
حدثنا أبو عمرو بن حمدان ، ثنا الحسن بن سفيان ، ثنا حرملة ، ثنا ابن وهب ، حدثني ابن لهيعة ، ثنا عياش بن عباس ، عن أبي الحصين الحجري ، عن عبد الرحمن بن عديس ، قال : سمعت رسول الله صلى الله عليه وسلم ، يقول : « سيخرج ناس من أمتي يقتلون بجبل الخليل » قال : فلما كانت الفتنة كان ابن عديس ممن أخذه معاوية في الرهن ، فسجنهم بفلسطين ، فهربوا من السجن ، فاتبعوا حتى أدركوا ، فأدرك فارس منهم ابن عديس ، فقال ابن عديس : ويحك ، اتق الله في دمي ، فإني من أصحاب الشجرة ، فقال : الشجر كالجبل كثير ، فقتله
Bizə Əbu Əmr b. Həmdan rəvayət etdi, bizə əl-Həsən b. Sufyan rəvayət etdi, bizə Hərmələ rəvayət etdi, bizə İbn Vəhb rəvayət etdi (və dedi), mənə İbn Ləhia rəvayət etdi, bizə Ayyaş b. Abbas, Əbi əl-Husəyn əl-Həcəridən, o da Əbdur-Rəhman b. Udeysdən onun belə dediyini rəvayət etdi. Rəsulullahın (s) belə dediyini eşitdim: "Ümmətimdən Xəlil dağında öldürüləcək bir şəxs çıxacaq". (Ravi) dedi: Fitnə vaxtı Muaviyənin əsir aldığı şəxslər arasında İbn Udeys də var idi. Əsirləri Fələstində həbsə saldı, lakin onlar qaçdılar. Sonuna qədər onların arxasınca düşüb, İbn Udeys də daxil olmaqla hamısını tutdular. İbn Udeys dedi: "Vay olsun sənə, Allahdan qorxub qanımı axıtma! Mən ağac altında beyət edənlərdənəm." Qatili isə cavabında "Dağda o qədər ağac var ki" - deyib onu qətlə yetirdi.
Əbu Nuəym əl-İsfahani əş-Şafei, Marifətis-səhabə, c.4, s.1853, h.4669; Darul-Vətən, 1419/1998; təhqiq: Adil b. Yusif əl-Azzazi
Onlayn mənbə 1: islamport, 13/193, №4160
Onlayn mənbə 2: shamela, 13/193, №4160
Onlayn mənbə 3: al-eman.com
Əbu Nuəym əl-İsfahani əş-Şafei, Marifətis-səhabə, c.4, s.1853, h.4669; Darul-Vətən, 1419/1998; təhqiq: Adil b. Yusif əl-Azzazi
Kitabı yükləmək üçün: ÜNVAN
RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
1. Əbu Əmr b. Həmdan
əz-Zəhəbi dedi: imamdır, muhəddisdir, siqadır, zahiddir, abiddir. (Siyər əlamun-nubəla, c.16, s.356)
2. əl-Həsən b. Sufyan
əz-Zəhəbi dedi: imamdır, hafizdir, səbtdir. (Siyər əlamun-nubəla, c.13, 157)
3. Hərmələ
əz-Zəhəbi dedi: imamdır, fəqihdir, muhəddisdir, səduqdur. (Siyər əlamun-nubəla, c.11, s.389)
4. İbn Vəhb
əz-Zəhəbi dedi: İmamdır, Şeyxul-İslamdır, Hafizdir. (Siyər əlamun-nubəla, c.8, s.223-224)
5. İbn Ləhia
Bir çox alimlər onun zəif olduğunu bildirib. Görünür şiə olmağı bir çoxlarını narahat edib. Ancaq onun Abdullah ibn Vəhbdən olan rəvayətləri səhih və etibarlı hesab edilir.
Əbu əl-Ğani b. Səid əl-Əzdi dedi: Abdullahların ondan rəvayət etdikləri səhihdir: yəni, Abdullah b. Mubarək, Abdullah b. Vəhb və Abdullah əl-Muqri nəzərdə tutulur. Həmçinin əs-Saci və digərləri də bu cür deyiblər. (İbn Həcər, Təhzibut-təhzib, c.5, s.330, №648) İbn Hibban dedi: Əshabımız dedi ki, əgər ravi onun kitabları yanmamışdan qabaq ondan eşidibsə - məsələn Abdullahlar kimi - onda onların eşitdikləri səhihdir. (İbn Hibban, əl-Məcruhin, c.2, s.11, №538) İbn Həcər dedi: Səduqdur, kitabları yandıqdan sonra rəvayətləri qarışdırmışdır. İbn əl-Mubarək və İbn Vəhbin ondan rəvayət etdikləri digərlərindən daha adildir. (İbn Həcər, Təqribut-təhzib, c.2, №3563)
6. Ayyaş b. Abbas
İbn Həcər dedi: siqadır. (Təqribut-təhzib, №5269)
əl-Mubarəkfuri dedi: siqadır, hafizdir. (Tuhfətul-əhvazi, c3, s.10)
əl-İcli dedi: siqadır. (Marifətus-siqat, c.2, №1454)
7. Əbi əl-Husəyn əl-Həcəri
İbn Hibban onu "əs-Siqat" kitabında zikr etmişdir. Əbu Davud onu nəzərdə tutaraq dedi: Hərizin bütün şeyxləri siqadırlar. (əl-Mizzi, Təhzibul-kamal, №6655)
Sələfi saytı olan "islamweb.net"-in rical bölməsində də onun sıqa olduğu bildirilir. (islamweb)
Beləliklə, rəvayətin sənədində səduq ravi Hərmələ olduğu üçün həsən dərəcəsindədir.
Əlavə məlumat üçün: ÜNVAN