Əbu Davud əs-Sicistani "əs-Sünən" kitabında yazır:
حَدَّثَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ الرَّقِّيُّ، قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ الرَّقِّيُّ، قَالَ أَخْبَرَنِي عُبَيْدُ اللَّهِ بْنُ عَمْرٍو، عَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ، عَنْ إِبْرَاهِيمَ، قَالَ أَرَادَ الضَّحَّاكُ بْنُ قَيْسٍ أَنْ يَسْتَعْمِلَ، مَسْرُوقًا فَقَالَ لَهُ عُمَارَةُ بْنُ عُقْبَةَ أَتَسْتَعْمِلُ رَجُلاً مِنْ بَقَايَا قَتَلَةِ عُثْمَانَ فَقَالَ لَهُ مَسْرُوقٌ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ - وَكَانَ فِي أَنْفُسِنَا مَوْثُوقَ الْحَدِيثِ - أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم لَمَّا أَرَادَ قَتْلَ أَبِيكَ قَالَ مَنْ لِلصِّبْيَةِ قَالَ النَّارُ "فَقَدْ رَضِيتُ لَكَ مَا رَضِيَ لَكَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم
Bizə Əli b. Huseyn rəvayət etdi və dedi: bizə Abdullah b. Cəfər ər-Rəqqi rəvayət etdi və dedi: Ubeydullah b. Amr mənə Zeyd b. Əbi Uneysədən, o da Amr b. Murrədən, o da İbrahim (ən-Nəxai)-dən belə dediyini rəvayət etdi: Dəhhak b. Qeys Məsruqu vali təyin etmək istədikdə Umarə b. Uqbə ona dedi: «Osmanın qatillərindən olub (dövrümüzdə) yaşayan bu adamı vali təyin edirsən?» Məsruq cavabında dedi: «Hədis rəvayətində sözünə güvənilən şəxs olan Abdullah b. Məsudun bizə xəbər verdiyinə görə Rəsulullah (s.ə.s) sənin atanı öldürmək istəyəndə atan dedi: «Mənim övladlarıma kim baxacaq?» (Rəsulullah) dedi: «Atəş.» (Məsruq sözünə davam edərək dedi:) Mən də Rəsulullahın (s.ə.s) sənin üçün razı olduğu bir şeyə razıyam.»
Əbu Davud əs-Sicistani, əs-Sünən, Cihad kitabı, c.3, s.60, h.2686
Onlayn link 1: islamweb.net
Onlayn link 2: islamport, 2/66
Şeyx Nasiruddin əl-Albani rəvayətin sənədinin «həsən səhih» olduğunu bildirmişdir.
Fotoşəkil: Əbu Davud əs-Sicistani, əs-Sünən, Cihad kitabı, s.473, h.2686; Məktəbə əl-Məarif, ər-Riyad; təhqiq: Nasiruddin əl-Albani və Məşhur Həsən Al Səlman
Kitabı yükləmək üçün: ÜNVAN
Rəvayətdən çıxan 3 nəticə:
1. Səhabə Umarə b. Uqbə Məsruqun Osmanın qatillərindən biri olduğunu deyir və əhli-sünnə nəzərində səhabələr heç vaxt yalan danışmazlar.
2. Əhli-sünnə nəzərində imam, mühəddis və doğrudanışan hesab edilən Məsruq buna cavab olaraq Peyğəmbərdən (s) rəvayət nəql edir və bununla da Peyğəmbərin (s) Umarə və qardaşı Vəlid b. Uqbəni cəhənnəmlə müjdələdiyini deyir.
3. Məsruq Abdullah b. Məsudun adını zikr edərkən «Hədis rəvayətində sözünə güvənilən şəxs» olduğunu qeyd edir. Əgər «səhabənin ədaləti» anlayışı var idisə, bu məqamı xüsusi qeyd etmək nəyə gərəkdir? Həmçinin nəzərə alın ki, bir səhabənin doğru sözlü olmasını tabein olan Məsruq səhabə olan Umarəyə deyir. Yəni, düşünün ki, zəlzələ haqqında kitab-dəftərdən oxuyan şəxs zəlzələnin şəxsən şahidi olmuş bir adama zəlzələdən danışır. Düşündürücü deyilmi?
Məsruq b. əl-Əcdə - məşhur tabein, Aişə xanımın tələbəsi, əhli-sünnə nəzərində ən etibarlı hədis rəvayətçilərindən biri.
İbn Həcər əl-Əsqəlani onun haqqında deyib: siqa (güvənilən), fəqih və abiddir. (Təqrib ət-Təhzib, 1/528, №6601)
əz-Zəhəbi dedi: Məsruq b. əl-Əcdə. Kutubi-sittənin ravisidir, imamdır, nümunəvi şəxsiyyətdir, alimdir. (Siyər əlam ən-nibəla, 5/24, №385)
Ətraflı məlumat üçün: ÜNVAN
İradlar:
Uqbənin «Mənim övladlarıma kim baxacaq?» sualına Rəsulullahın (s.ə.a) «Atəş.» deyə cavab verməsi əhli-sünnə alimlərini narahat etmiş və onları müxtəlif yozumlara vadar etmişdir:
1. Heç kim övladlarına baxmayacaq. Tələf olub gedəcəklər.
2. Sən əvvəlcə özünü düşün, səni gözləyən atəşi düşün. Onlara Allah kəfildir.
İkinci izah ümumiyyətlə yersizdir. Əli əl-Qari «Mirqatul-məfatih»də yazır ki, əgər bu məna qəsd edilmiş olsaydı, Rəsulullah (s.ə.a) «Allah» deyərdi, «Atəş» cavabını verməzdi.
Rəvayəti bir daha diqqətlə oxuyun. Umarə Məsruqun Osmanın qatili olduğunu deyir və vali təyin etməsinə qarşı çıxır. Bunun cavabında Məsruqun Umarəyə onun haqqında gözəl bir mənaya gələn və ya mənasız bir rəvayətlə cavab verdiyini düşünmək olarmı?