Təravih namazı - Ömər ibn Xəttabın bidəti (Səhih Buxari)



وَعَنِ ابْنِ شِهَابٍ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدٍ القَارِيِّ، أَنَّهُ قَالَ: خَرَجْتُ مَعَ عُمَرَ بْنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ، لَيْلَةً فِي رَمَضَانَ إِلَى المَسْجِدِ، فَإِذَا النَّاسُ أَوْزَاعٌ مُتَفَرِّقُونَ، يُصَلِّي الرَّجُلُ لِنَفْسِهِ، وَيُصَلِّي الرَّجُلُ فَيُصَلِّي بِصَلاَتِهِ الرَّهْطُ، فَقَالَ عُمَرُ: إِنِّي أَرَى لَوْ جَمَعْتُ هَؤُلاَءِ عَلَى قَارِئٍ وَاحِدٍ، لَكَانَ أَمْثَلَ ثُمَّ عَزَمَ، فَجَمَعَهُمْ عَلَى أُبَيِّ بْنِ كَعْبٍ، ثُمَّ خَرَجْتُ مَعَهُ لَيْلَةً أُخْرَى، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ قَارِئِهِمْ، قَالَ عُمَرُ: نِعْمَ البِدْعَةُ هَذِهِ

Əbdur-Rəhman ibn Əbdul-Qari deyir: “Ömər ibn Xəttabla bir Ramazan gecəsi məscidə getdik. Gördük ki, insanlar (məsciddə) pərakəndə halındadırlar, bir kişi furada (tək halda) namaz qılır, digər bir kişi dəstə şəklində namaz qılır. Ömər dedi: “Həqiqətən, mən (belə məsləhət) görürəm ki, əgər, bunları (pərakəndə ibadət edənləri) bir qari (pişnamaz) arxasında cəmləsəm (camaat namazı təşkil eləsəm) yaxşı olar. Daha sonra qərara gəldi və onları Ubeyy ibn Kəbin arxasında (camaat namazı üçün) yığdı. (Rəvayət edən Əbdur-Rəhman ibn Əbdul-Qari deyir ki) sonra başqa bir Ramazan gecəsi (məscidə getdik) insanlar camaat halında namaz (təravih namazı) qılırdılar. Ömər dedi: “Nə yaxşı bidətdir bu?!”

Muhəmməd ibn İsmayıl, "Səhih Buxari", səhifə 482, hədis 2010. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.

 

 
 

 

 

 

Həmçinin bu hədisi xatırlamaq tam yerinə düşər..

 

فإن كل محدثة بدعة وكل بدعة ضلالة

Allah Rəsulu (s) buyurub: “Hər bir yenilik bidətdir, hər bir bidət isə zəlalətdir”.

Hədis səhihdir.

“Sunəni-Əbu Davud”, cild 7, səhifə 17, hədis 4607.

 

 

 

 

В этом разделе