Görəsən Ömər b. Xəttab Allah Rəsuluna (s) həqiqətənmi iman gətirmişdir?

Ömər b. Xəttab Hudebiyyədə olduğu zaman, Peyğəmbərin (s) səbr edib heç bir şey etməməsini gördükdə narazalığına səbəb olmuşdu. Hətta, bu narazılığı o yerə çatmışdır ki, Rəsullallahın (s) risalətinə belə şəkk etmişdi. Həmçinin, digər səhabələrdən onun (s) həqiqətən Allahın (c.c) rəsulu  olub-olmamasını soruşmuşdur. Bu rəvayəti əhli-xilaf alimi Məhəmməd b. İsmayıl əl-Buxari bu şəkildə nəql edir:

 

buxari ü1 buxari üz2 buxari üz3buxari 367

 

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ فَأَتَيْتُ نَبِيَّ اللَّهِ فَقُلْتُ أَلَسْتَ نَبِيَّ اللَّهِ حَقًّا قَالَ ‏”‏ بَلَى ‏”‏‏.‏ قُلْتُ أَلَسْنَا عَلَى الْحَقِّ وَعَدُوُّنَا عَلَى الْبَاطِلِ قَالَ ‏”‏ بَلَى ‏”‏‏.‏ قُلْتُ فَلِمَ نُعْطِي الدَّنِيَّةَ فِي دِينِنَا إِذًا قَالَ ‏”‏ إِنِّي رَسُولُ اللَّهِ، وَلَسْتُ أَعْصِيهِ وَهْوَ نَاصِرِي ‏”‏‏.‏ قُلْتُ أَوَلَيْسَ كُنْتَ تُحَدِّثُنَا أَنَّا سَنَأْتِي الْبَيْتَ فَنَطُوفُ بِهِ قَالَ ‏”‏ بَلَى، فَأَخْبَرْتُكَ أَنَّا نَأْتِيهِ الْعَامَ ‏”‏‏.‏ قَالَ قُلْتُ لاَ‏.‏ قَالَ ‏”‏ فَإِنَّكَ آتِيهِ وَمُطَّوِّفٌ بِهِ ‏”‏‏.‏ قَالَ فَأَتَيْتُ أَبَا بَكْرٍ فَقُلْتُ يَا أَبَا بَكْرٍ، أَلَيْسَ هَذَا نَبِيَّ اللَّهِ حَقًّا قَالَ بَلَى‏.‏ قُلْتُ أَلَسْنَا عَلَى الْحَقِّ وَعَدُوُّنَا عَلَى الْبَاطِلِ قَالَ بَلَى‏.‏ قُلْتُ فَلِمَ نُعْطِي الدَّنِيَّةَ فِي دِينِنَا إِذًا قَالَ أَيُّهَا الرَّجُلُ، إِنَّهُ لَرَسُولُ اللَّهِ وَلَيْسَ يَعْصِي رَبَّهُ وَهْوَ نَاصِرُهُ، فَاسْتَمْسِكْ بِغَرْزِهِ، فَوَاللَّهِ إِنَّهُ عَلَى الْحَقِّ‏.‏ قُلْتُ أَلَيْسَ كَانَ يُحَدِّثُنَا أَنَّا سَنَأْتِي الْبَيْتَ وَنَطُوفُ بِهِ قَالَ بَلَى، أَفَأَخْبَرَكَ أَنَّكَ تَأْتِيهِ الْعَامَ قُلْتُ لاَ‏.‏ قَالَ فَإِنَّكَ آتِيهِ وَمُطَّوِّفٌ بِهِ‏.‏

“Ömər b. Xəttab dedi: “Mən Peyğəmbərin (s) yanına gəlib dedim: “Sən Allahın haqq peyğəmbəri deyilsənmi?” Peyğəmbər (s) dedi: “Bəli, Allahın haqq peyğəmbəriyəm!” Ömər dedi: “Biz müsəlmanlar haqq, düşmənlərimiz isə batil əqidədə deyillərmi?” Peyğəmbər (s) dedi: “Bəli, elədir”. Ömər dedi: “O halda dinimiz barəsində bu alçaq vəziyyəti nə üçün qəbul edirik?” Peyğəmbər (s) dedi: “Mən həqiqətən, Allahın (c.c) rəsuluyam və mən Allaha (c.c) üsyan etmiş deyiləm. Allah (c.c) mənim yardımçımdır!” Ömər dedi: “Vaxtilə sən bizə “Yaxında Kəbəyə çatıb təvaf edəcəyik” deyə xəbər vermədinmi?” Peyğəmbər (s) dedi: “Mən sənə “Bu il çatıb təvaf edəcəyik” dedimmi?” Ömər dedi: “Xeyr”. Peyğəmbər (s) dedi: “Şübhəsiz, sən (yaxın zamanda) Beytə[1] çatıb onu təvaf edəcəksən”. Ömər dedi: “Bundan sonra, mən Əbu Bəkrin yanına gəlib dedim: “Ya Əbu Bəkr, bu adam Allahın (c.c) haqq peyğəmbəri deyilmi?” Əbu Bəkr dedi: “Bəli, haqq peyğəmbəridir”. Ömər dedi: “Biz müsəlmanlar haqq, düşmənlərimiz isə batil əqidədə deyillərmi?” Əbu Bəkr dedi: “Bəli elədir”. Ömər dedi: “O halda dinimiz haqda bu alçaq vəziyyəti nə üçün qəbul edirik?” Əbu Bəkr dedi: “Məhəmməd (s), şübhəsiz, Allahın (c.c) rəsuludur. O (s), Rəbbinə (c.c) üsyankar deyil. Allah (c.c) onun (s) yardımçısıdır. Sən onun əmrinə itaət et! And olsun Allaha (c.c) ki, Məhəmməd (s) haqlıdır”. Ömər dedi: “O, bizə “Beytə çatıb, təvaf edəcəyik” demədimi?” Əbu Bəkr dedi: “Bəli elədir. Lakin, sənə bu il çatıb təvaf edəcəksən dedimi?” Ömər dedi: “Xeyr”. Əbu Bəkr dedi: “Sən şübhəsiz yaxın bir zamanda Beytə gəlib onu təvaf edəcəksən!”

 

Əbu Əbdullah əl-Buxari Məhəmməd b. İsmayıl b. İbrahim b. əl-Muğirə b. Bərdizbə əl-Cufi, “Səhihul-Buxari” kitabı, 1-ci cild, Şərtlər kitabı, 15-ci bab, 367-ci səhifə, 2731- ci hədis, Təhqiq: Əbdüs-Səlam b. Məhəmməd b. Ömər Alluş, Nəşr: “Məktəbətur-Ruşd”, Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

 

Ömər b. Xəttab Peyğəmbərə (s) qarşı o dərəcədə şəkk etmişdi ki, bəzi əhli-xilaf alimləri onun etirafını bu şəkildə qeyd etmişlər:

 

Əbu Hatim yazır:

hibban 11c üz1 hibban 11c üz2 hibban 224 hibban 227

 

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رِضْوَانُ اللَّهِ عَلَيْهِ، وَاللَّهِ مَا شَكَكْتُ مُنْذُ أَسْلَمْتُ، إِلَّا يَوْمَئِذٍ

“Ömər b. Xəttab dedi: “Allaha (c.c) and olsun ki, bu gündən başqa müsəlman olduğum gündən bəri şəkk etməmişdim”.
Kitabın təhqiqatçısı Şueyb əl-Arnaut hədisin səhhəti barədə deyir:
حديث صحيح
“Hədis səhihdir”.

 

Əbu Hatim Məhəmməd b. Hibban b. Əhməd b. Hibban b. Məaz b. Məbəd ət-Təmimi, əd-Darəmi, “Səhih ibn Hibban” kitabı, 11-ci cild, 224-cü səhifə, 4872-ci hədis, Təqiq: Şueyb əl-Arnaut, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1412/1991, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

 

Rəvayəti nəql edən digər əhli-xilaf alimləri:
Şəmsəd-Din İbn Qəyyum əl-Cövziyyə Məhəmməd b. Əbu Bəkr b. Əyyub b. Səd, “Zədul-Məad fi hədi xayral-Əbbad” kitabı, 3-cü cild, 262-ci səhifə, Təhqiq: Şueyb əl-Arnaut və Əbdül-Qadir əl-Arnaut, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1418/1998, 2-ci çap (online pdf)
Əbu Cəfər ət-Təbəri Məhəmməd b. Cərir b. Yezid b. Kəsir b. Ğalib əl-Amuli, “Cəmiul-Bəyan fi təvilil-Quran”, 22-ci cild, 246-cı səhifə, Təhqiq: Əhməd Məhəmməd Şakir, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1420/2000, 1-ci çap (online mənbə)
Əbdür-Rəhman b. Əbu Bəkr Cəlaləd-Din Siyuti, ”Əd-Durrul-Mənsur fit-Təfsir bil-Məasur” kitabı, 6-cı cild, 77-ci səhifə (online mənbə)
 

 

 

Allah Təbarakə və Təala necə də gözəl buyurur:
وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
“(Münafiqlər) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”-deyirlər. Sonra isə, onlardan bir dəstəsi üz çevirir. O şəxslər, mömin deyildir”.[2]
 

____________________________

[1] Kəbəyə
[2] Nur surəsi, 47-ci ayə

 

beqiyyetullah.wordpress.com

В этом разделе