Tarixi mənbələrdə Ömər b. Xəttabın zülmkar, sərt, qaba biri olması məşhur məsələdir. Ömər b. Xəttab nəinki kişilərə qarşı hətta, qadınlara qarşı belə, kobud rəftar etmişdir. Məşhur əhli-xilaf alimi Məhəmməd b. Səd yazır:
أَخْبَرَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ. حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ. أَخْبَرَنَا عَلِيُّ بْنُ زَيْدٍ أَنَّ عَاتِكَةَ بِنْتَ زَيْدٍ كَانَتْ تَحْتَ عَبْدِ اللَّهِ بْنِ أَبِي بَكْرٍ فَمَاتَ عَنْهَا وَاشْتَرَطَ عَلَيْهَا أَنْ لا تَزَوَّجَ بَعْدَهُ. فَتَبَتَّلَتْ وَجَعَلَتْ لا تَزَوَّجُ. وَجَعَلَ الرِّجَالُ يَخْطُبُونَهَا وَجَعَلَتْ تَأْبَى. فَقَالَ عُمَرُ لِوَلِيِّهَا: اذْكُرْنِي لَهَا. فَذَكَرَهُ لَهَا فَأَبَتْ عُمَرَ أَيْضًا. فَقَالَ عُمَرُ: زَوِّجْنِيهَا. فَزَوَّجَهُ إِيَّاهَا فَأَتَاهَا عُمَرُ فَدَخَلَ عَلَيْهَا فَعَارَكَهَا حَتَّى غَلَبَهَا عَلَى نَفْسِهَا فَنَكَحَهَا. فَلَمَّا فَرَغَ قَالَ: أُفٍّ أُفٍّ أُفٍّ أَفَّفَ بِهَا. ثُمَّ خَرَجَ مِنْ عِنْدِهَا وَتَرَكَهَا لا يَأْتِيهَا فَأَرْسَلَتْ إِلَيْهِ مَوْلاةً لَهَا أَنْ تَعَالَ فَإِنِّي سَأَتَهَيَّأُ لَكَ
“Bizə Əffan b. Müslim xəbər verdi və dedi: “Bizə Həmmad b. Sələmə rəvayət etdi və dedi: “Bizə Əli b. Zeyd xəbər verdi və dedi: “Atikə, Abdullah b. Əbu Bəkrin həyat yoldaşı idi. Abdullah öldü, ancaq o, ölümündən əvvəl Atikə ilə şərtləşmişdi ki, ondan sonra başqası ilə ailə qurmasın. Onunla evlənmək istədilər, ancaq o, qəbul etmədi. Ömər onun vəlisinə dedi: “Ona mənim haqqımda danış”. Atikənin vəlisi onunla danışdı. Lakin, Atikə etiraz etdi. Ömər dedi: “Onu mənə ərə ver”. Beləliklə, o, Atikəni Ömərə ərə verdi. Onlar təklikdə qaldıqda Atikə yatağa getməkdən boyun qaçırdı, Ömər isə onu ram edənə qədər fiziki güc tətbiq etdi. Ömər işini bitirdikdən sonra “Of! Of! Of!” deyərək çıxdı və Atikəni tərk etdi. O[1], onun[2] yanına öz səlahiyyətli nümayəndəsini göndərdi: “Geri dön, mən səninlə olmağa hazıram”.
Əbu Əbdullah Məhəmməd b. Səd b. Məniə əl-Haşimi, əl-Bəsri, əl-Bağdadi, “Ət-Tabəqatul-Kubra” kitabı, 8-ci cild, 208-ci səhifə, 4210-cu nömrə, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, Beyrut, Lübnan, 1410/1990, 1-ci çap (online mənbə)
Rəvayətin sənədinin araşdırılması:
1.Əffan b. Müslim
Əli b. Həcər əl-Əsqalani yazır:
عفان ابن مسلم ابن عبد الله الباهلي أبو عثمان الصفار البصري ثقة ثبت
“Əffan b. Müslim b. Abdullah əl-Bahili Əbu Osman əs-Səffar, əl-Bəsri. Siqadır səbtdir[3]”.
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 681-ci səhifə, 4659-cu ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
2.Həmmad b. Sələmə
Əli b. Həcər əl-Əsqalani yazır:
حماد ابن سلمة ابن دينار البصري أبو سلمة ثقه عابد
“Həmmad b. Sələmə b. Dinar əl-Bəsri Əbu Sələmə. Siqadır, abiddir[4]”.
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 268-ci səhifə, 1507-ci ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
3.Əli b. Zeyd. Bu ravi barəsində də eyni ilə İbn Humeyd kimi, əhli-xilaf alimləri arasında fərqli görüşlər vardır.
Əli b. Həcər əl-Əsqalani yazır:
علي بن زيد بن عبد الله بن أبي مليكة زهير بن عبد الله بن جدعان بن عمرو بن كعب بن سعد بن تيم بن مرة التيمي أبو الحسن البصري أصله من مكة
“Əli b. Zeyd b. Abdullah b. Əbi Məlikə Zuheyr b. Abdullah b. Cudan b. Əmr b. Kəb b. Səd b. Tim b. Mərra ət-Təmimi Əbül-Həsən əl-Bəsri. Əslən Məkkədəndir”.
وقال يعقوب بن شيبة ثقة صالح الحديث
“Yaqub b. Şeybə dedi: “Siqa, hədisi salehdir”.
وقال الترمذي صدوق
“Ət-Tirmizi dedi: “Doğru danışandır”.
وقال الساجي كان من أهل الصدق
“Əs-Saci dedi: “Doğru danışanlardandır”.
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təhzibut-Təhzib” kitabı, 7-ci cild, 322-324-cü səhifələr, 544-cü ravi, Nəşr: “Dariətul-Məarifun-Nizamiyyə”, Hindistan, hicri 1327-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Əhli-xilafın böyük mühəddislərdən olan Nasurid-Din Albani bu ravidən gələn hədisə heç bir mənfi fikir söyləmədən hədisə səhih hökmünü vermişdir.
Əbu Əbdullah İbn Macə yazır:
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ: حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ: حَدَّثَنَا شُعْبَةُ، قَالَ: سَمِعْتُ عَلِيَّ بْنَ زَيْدِ بْنِ جُدْعَانَ، قَالَ: سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ، يَقُولُ: إِنْ كَانَ الْمُؤَذِّنُ لَيُؤَذِّنُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيُرَى أَنَّهَا الْإِقَامَةُ، مِنْ كَثْرَةِ مَنْ يَقُومُ فَيُصَلِّي الرَّكْعَتَيْنِ قَبْلَ الْمَغْرِبِ
“Bizə Məhəmməd b. Bəşşar rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Cəfər rəvayət etdi və dedi: “Bizə Şubə rəvayət etdi və dedi: “Əli b. Zeyd b. Cudanın belə dediyini eşitdim: “Ənəs b. Malikdən eşitdim ki: “Peyğəmbər (s) həyatda olduğu zaman müəzzin[5] azan oxuyurdu. Axşam namazının fərzindən əvvəl, iki rükət qılanların saylarının çoxluğu səbəbi ilə, oxunan azanın iqamə olduğu zənn edilirdi”.
Əbu Əbdullah İbn Macə Məhəmməd b. Yezid əl-Qəzvini, “Əs-Sunən” kitabı, 2-ci cild, 241-ci səhifə, 1163-cü hədis, Təhqiq: Şueyb əl-Arnaut və digərləri, Nəşr: “Darur-Risalətul-Aləmiyyə”, Suriya, Dəməşq, 1430/2009, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Nasurud-Din Albani yazır:
عن أنس بن مالك يقول إن كان المؤذن ليؤذن على عهد رسول الله صلى الله عليه وسلم فنرى أنها الإقامة من كثرة من يقوم فيصلي الركعتين قبل المغرب
“Ənəs b. Malik deyir: “Peyğəmbər (s) həyatda olduğu zaman müəzzin azan oxuyurdu. Axşam namazının fərzindən əvvəl, iki rükət qılanların saylarının çoxluğu səbəbi ilə, oxunan azanın iqamə olduğu zənn edilirdi”.
Nasurid-Din Albani kitabında raviləri ixtisar edərək qeyd etmişdir. Bu səbəblə də, Əli b. Zeydin adı sənəddə gəlmədiyi üçün İbn Macənin “Sunən” kitabından hədisin tam sənədini qeyd etdik. Nasurid-Din Albani hədisi nəql etdikdən sonra səhhəti barədə deyir:
( 1162 ) صحيح ، صحيح أبي داود
“Səhihdir, “Səhih Əbi Davud” kitabında, 1162-ci nömrədə rəvayət olunmuşdur”.
Məhəmməd Nasurid-Din Albani, “Səhih ibn Macə” kitabı, 1-ci cild, 343-cü səhifə, 11-ci bab, 962-ci hədis, Nəşr: “Məktəbətul-Məaruf”, Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Beləliklə, Əli b. Zeydin digər əhli-xilaf alimlərinin arasında güvənilir olması səbəbi ilə, hədisin səhhəti həsən dərəcəsinə düşmüş olur.
Hakim ən-Nişapuri yazır:
حَدَّثَنَا مُحَمَّدُ بْنُ صَالِحِ بْنِ هَانِئٍ، ثَنَا الْحُسَيْنُ بْنُ الْفَضْلِ الْبَجَلِيُّ، ثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ، ثَنَا أَبُو عَوَانَةَ، ثَنَا دَاوُدُ بْنُ عَبْدِ اللَّهِ الْأَوْدِيُّ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللَّهِ الْمَكِّيِّ، عَنِ الْأَشْعَثِ بْنِ قَيْسٍ، قَالَ: تَضَيَّفْتُ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ فَقَامَ فِي بَعْضِ اللَّيْلِ فَتَنَاوَلَ امْرَأَتَهُ فَضَرَبَهَا ثُمَّ نَادَانِي: يَا أَشْعَثُ. قُلْتُ: لَبَّيْكَ، قَالَ: احْفَظْ عَنِّي ثَلَاثًا حَفِظْتُهُنَّ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: لَا تَسْأَلِ الرَّجُلَ فِيمَ يَضْرِبُ امْرَأَتَهُ، وَلَا تَسْأَلْهُ عَمَنْ يعْتَمِدُ مِنْ إِخْوَانِهِ وَلَا يَعْتَمِدُهُمْ، وَلَا تَنَمْ إِلَّا عَلَى وِتْرٍ
“Bizə Məhəmməd b. Saleh b. Hani rəvayət etdi və dedi: “Bizə Hüseyn b. Fəzl əl-Nəcəli rəvayət etdi və dedi: “Bizə Süleyman b. Hərb rəvayət etdi və dedi: “Bizə Əbu Əvanə rəvayət etdi və dedi: “Bizə Davud b. Abdullah əl-Əvdi rəvayət etdi və dedi: “Əbdür-Rəhman b. Abdullah əl-Məkkidən, o da əl-Əşəs b. Qeysdən rəvayət edərək deyir: “Bir gün, Ömər b. Xəttaba qonaq oldum. O, gecələrin birində qalxdı və xanımını vurdu. Sonra, mənə səslənib dedi: “Ey Əşəs!”Dedim: “Ləbbeyk[6]”. Ömər dedi: “Allah Rəsulundan (s) hifz edib yadda saxladığım üç şeyi məndən yadda saxla. Birincisi, kişidən nə üçün qadınını vurduğunu soruşma[7]. İkincisi, ondan dostlarından kimə güvənib, kimə güvənmədiyini soruşma. Üçüncüsü, vitr namazını qılmadan yatma”.
Hakim ən-Nişapuri hədisi nəql etdikdən sonra yazır:
هَذَا حَدِيثٌ صَحِيحُ الْإِسْنَادِ وَلَمْ يُخَرِّجَاهُ
“Bu hədis isnadı səhihdir. Lakin onlar (əl-Buxari və Müslim) bu hədisi (“Səhih”-lərində) nəql etməyiblər”.
Şəmsəd-Din əz-Zəhəbi “Ət-Təlxis”-də yazır:
صحيح
“Səhihdir”.
Əbu Əbdullah əl-Hakim Məhəmməd b. Abdullah b. Məhəmməd b. Həmdəvi b. Nueym əd-Dabbi, ən-Nişapuri, “Əl-Mustədrək əla əs-Səhiheyn” kitabı, 4-cü cild, 194-cü səhifə, 7342-ci hədis, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Nəşr: “Darul-Kutubul -İlmiyyə”, Beyrut, Lübnan, 1422/2002, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
____________________________
[1] Atikə
[2] Ömərin
[3] Sabit, sağlam, güvənilən.
[4] İbadətlə çoxlu məşğul olan şəxs
[5] Azan söyləyən şəxs
[6] Eşidirəm
[7] Kişi qadınını vurduğu zaman nə üçün belə etdiyini soruşma
beqiyyetullah.wordpress.com