Muhəmməd ibn İsmail Buxari müəllifi olduğu "əs-Səhih" əsərində belə yazır
حدثني يحيى بن سليمان قال حدثني ابن وهب قال حدثني عمر بن محمد قال فأخبرني جدي زيد بن عبد الله بن عمر عن أبيه قال بينما هو في الدار خائفا إذ جاءه العاص بن وائل السهمي أبو عمرو عليه حلة حبرة وقميص مكفوف بحرير وهو من بني سهم وهم حلفاؤنا في الجاهلية فقال له ما بالك قال زعم قومك أنهم سيقتلوني إن أسلمت قال لا سبيل إليك بعد أن قالها أمنت فخرج العاص فلقي الناس قد سال بهم الوادي فقال أين تريدون فقالوا نريد هذا ابن الخطاب الذي صبا قال لا سبيل إليه فكر الناس
"Yəhya ibn Süleyman İbn Vəhəbdən, o Ömər ibn Muhəmməddən, o, babası Zeyd ibn Abdullah ibn Ömərdən, o da atası Abdullah ibn Ömərdən belə nəql etmişdir: "O, (Ömər ibn Xəttab) qorxmuş halda evdə olarkən birdən Əbu Əmr As ibn Vasil Səhmi onun yanına gəldi. Onun əynində bəzəkli geyim və ipəkdən toxunmuş köynək var idi. O, Bəni-Səhm qəbiləsindən idi. Bəni-Səhm cahiliyyət dövründə bizim müttəfiqimiz idi. As ibn Vail ondan soruşdu: "Niyə bu haldasan, (bu nə vəziyyətdir düşmüsən), nədən qorxursan, (niyə gizlənirsən)?" O dedi: "Sənin tayfan İslam gətirdiyimə görə məni öldürməyi düşünürlər". As dedi: "Onlar sənə bir şey edə bilməzlər". O dedi: "Asın bu sözündən sonra özümü təhlükəsizlikdə hiss etdim".
As evdən çıxdı, sel kimi axan camaatla üzləşdi və onlardan soruşdu: "Hara gedirsiniz?" Onlar dedilər: "Bu, İbn Xəttab üçün gedirik. O, öz ata-babasının dinindən çıxıb". As dedi: "Onunla işiniz olmasın!" Asın bu sözündən sonra insanlar geri qayıtdılar".
Muhəmməd b. İsmayıl Buxari, əl-Camius-səhih, Ənsarın tərifəlayiq xüsusiyyətləri kitabı, s.945-946, h.3864; Dar İbn Kəsir, Dəməşq, Beyrut, 1423/2002
Onlayn mənbə: islamweb (c.3, s.1403, h.3651)
Fotoşəkil:Muhəmməd b. İsmayıl Buxari, əl-Camius-səhih, Ənsarın tərifəlayiq xüsusiyyətləri kitabı, s.945-946, h.3864; Dar İbn Kəsir, Dəməşq, Beyrut, 1423/2002
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: Muhəmməd b. İsmayıl Buxari, əl-Camius-səhih, Ənsarın tərifəlayiq xüsusiyyətləri kitabı, s.2502-2503, bab.34, h.84; Türk dilinə tərcümə edən Mehmed Sofuoğlu, Ötüken yayınları
Rəvayətdən aydın olduğu kimi, Ömər ibn Xəttab Allah rəsulunun (s) yanında olub ona kömək etmək və müsəlmanların dərdlərinə şərik olmağın əvəzinə, müşriklərin onu öldürəcəklərindən qorxaraq öz evində gizlənmişdir.
Həmçinin rəvayətdə adı kəçən As ibn Vail, Siffeyn döyüşündə dövrünün haqq imamına qarşı qılınc qaldıran və Müaviyənin vəziri olan səhabə Əmr ibn Asın atasıdır. As ibn Vail müsəlmanlığı heç vaxt qəbul etməmiş və müşrik olaraq Cəhənnəmə vasil olmuşdur. Bundan əlavə, As ibn Vail Allah rəsulunu (s) "sonsuz" adlandıraraq onu incitmişdir. Onun bu və digər çirkin işlərinə görə Allah onun barəsində Quranda ayələr nazil edərək məzəmmət etmişdir. Ömər ibn Xəttab isə Allahın və Onun Rəsulunun (s) zəmanəti ilə deyil, Peyğəmbərin (s) ən qatı düşmənlərindən olan, ona istehza edən və ağır böhtanlarla incidən bir şəxsin himayəsi və zəmanəti ilə evdən çölə çıxa bilmişdir.