İmam Hüseyn (ə) Ömər ibn Xəttaba minbərdən enməyə əmr edir

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

 a1 a2

Şəkildə gördüyünüz əhli sünnənin hədis və tarix alimi olan ibn Əsakir əş-Şafeinin ” Tarixi Mədinə ət-Dəməşq”  adlı kitabıdır, işarələnilmiş yerdə bu ifadələr var:

أخبرناه أبو محمد بن طاوس أنا عاصم بن الحسن أنا أبو عمر بن مهدي أنا محمد بن مخلد نا حاتم بن الليث نا يحيى بن حماد نا أبو عوانة عن سليمان عن عمرو بن مرة عن أبي البختري قال كان عمر يخطب على المنبر فقام إليه حسين بن علي فقال انزل عن منبر أبي فقال عمر منبر أبيك لا منبر أبي من أمرك بهذا قال فقام علي فقال ما أمره بهذا أحدا أما لأوجعنك يا عذر قال فقال لا توجع ابن أخي فقد صدق منبر أبيه

Əbul Behtəri dedi ki: Ömər minbərdə xütbə etdiyi zaman Hüseyn b. Əli gəldi və dedi ki: “En atamın minbərindən” Ömər dedi ki: “Minbər atanındır, mənim atamın deyil. Bunu deməyi sənə kim əmr etdi? “Bundan sonra Əli çıxıb gəldi və dedi ki:” Vallah bu sözlər bizim təşvikimizlə deyilmiş sözlər deyil.”Ömər (Hüseynə (ə) xitab olaraq) dedi ki:” Doğru söylədin qardaşımın oğlu, bu atanın minbəridir. “

İbni Əsakir, “Tarix əd-Dəməşq”, 30/307

 

Bir başqa əhli-sünnə hədis, təfsir və tarix alimi olan Süyuti bu hədisin sihhətini təsdiq edir:

Şəkildə gördüyünüz əhli-sünnə alimi Süyutinin “Tarix əl-Xüləfa” adlı kitabıdır, işarələnilmiş yerdə Süyuti yuxarıda bizim köçürdüyümüz hədisi ibni Əsakirdən rəvayət etdikdən sonra deyir ki:

وأخرج ابن عساكر عن أبي البختري … إسناده صحيح


İbn Əsakir Əbül Behtəridən nəql etmişdir. İsnadı səhihdir.

Süyuti, “Tarix əl-Xüləfa”, səhifə 116

 

Bundan başqa digər əhli sünn alimi olan ibni Şubbə (ölümü hicri 262) də bu hədisi “Tarixi Mədinə” adlı kitabında, 3/799-da başqa bir səhih sənəd ilə imam Hüseyn ə.s.’dan rəvayət etmişdir.

 

(c) saqaleyn.wordpress.com

В этом разделе