Hz.Əlinin (ə) öz qətli barədə Allah Rəsulundan (s) xəbər alması (İbn Teymiyyə)

Sələfilərin ideoloqlarından olan İbn Teymiyyə yazır:

وفيه أيضا عن ابن أبي طالب قال: «قال لي عبد الله بن سلام، وقد وضعت رجلي في الغرز، وأنا أريد العراق: لا تأت العراق فإنك إن تأتهم أصابك ذنب السيف. قال علي: وايم الله لقد قالها رسول الله. قال أبو الأسود: فقلت في نفسي: ما رأيت كاليوم رجلاً محارباً يحدث الناس بمثل هذا» . وهذا وأمثاله مما أخبر به صلى الله عليه وسلم من المستقبلات فوقع بعده كما أخبر، ورأى الناس ذلك.

Həmçinin, İbn Əbi Talibdən belə nəql edilir: “İraqa yola düşərkən ayağım atın üzəngisində olduğu bir halda Abdullah ibn Səlam mənə dedi: “İraqlıların yanına getmə. Əgər onların yanına getsən, qılınca tuş gələcəksən”. Dedim: “Allaha and olsun ki, Allahın elçisi bunu mənə demişdir”. Əbul-Əsvəd deyir: Öz-özümə dedim: İndiyə kimi hansısa döyüşçünün (döyüşə gedənin) camaatla belə danışdığını eşitməmişdim”.

Peyğəmbərin xəbər verdiyi bu və bunun kimi digər hadisələr gələcəkdə baş verəcək hadisələr olmuşlar. Sonradan da gerçəkləşmişlər; camaat da bunu görmüşdür.

 

Fotoşəkil: İbn Teymiyyə, əl-Cəvab əs-səhih limən bəddələ dinəl-məsih, c.6, s.132-133, "Darul-asimə", ər-Riyad, 1419/1999; təhqiq: Əli ibn Həsən Nasir və digərləri.

Göründüyü kimi, İbn Teymiyyə bu sözləri ilə rəvayətin səhihliyini təsdiq etmişdir.

В этом разделе